Icma.az
close
up
RU
“Putin sülh prosesini pozur” “Ortaya çıxan nəticə Rusiyanın strateji məğlubiyyətidir”

“Putin sülh prosesini pozur” “Ortaya çıxan nəticə Rusiyanın strateji məğlubiyyətidir”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sülh danışıqlarının gedişindən və masadakı sülh planından narazı qalan Putin rejimi prosesi pozmaq üçün təxribatlara əl atır".

"AzPolitika" xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukraynanın guya Putinin Novqorod vilayətində yerləşən Valday iqamətgahına 91 dronla hücum etməsi barədə açıqlaması məhz bu məqsədə xidmət edir.

Şahin Cəfərli qeyd edib ki, bu iddia Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatları ilə ziddiyyət təşkil edir. Belə ki, nazirlik ötən gecə Rusiya səmasında ümumilikdə 89 Ukrayna PUA-sının, Novqorod vilayəti üzərində isə cəmi 18 PUA-nın vurulduğunu açıqlayıb. Təhlilçinin fikrincə, bu ziddiyyət Moskvanın informasiya manipulyasiyasına getdiyini açıq şəkildə göstərir.

Siyasi təhlilçi deyib ki, Floridada keçirilən Tramp–Zelenski görüşü Ukrayna üçün uğurlu nəticələnib. Onun sözlərinə görə, hazırda müzakirə olunan 20 maddəlik sülh planı, Ukraynanın etiraz etdiyi Donbasla bağlı bənd belə qəbul olunsa, Rusiyanın müharibə zamanı qarşıya qoyduğu siyasi məqsədlərdən çox uzaqdır.

Şahin Cəfərli bildirib ki, ABŞ-nin Ukraynaya möhkəm və etibarlı təhlükəsizlik təminatları verməyə, bu təminatları Konqresdə ratifikasiya edərək hüquqi öhdəliyə çevirməyə razılaşması mühüm məqamdır. Eyni zamanda, Avropa ölkələrinin hərbi kontingentinin müharibədən sonra Ukrayna ərazisində yerləşdirilməsinin Tramp tərəfindən dəstəkləndiyini vurğulanıb.

Onun fikrincə, bu, Ukraynanın formal olaraq NATO üzvü olmasa da, faktiki olaraq NATO-nun 5-ci maddəsinə bərabər, hətta daha praktik təhlükəsizlik zəmanətləri alması deməkdir. Təhlilçi əlavə edib ki, müharibədən sonra ABŞ-nin Ukraynanın bərpası ilə bağlı ayrıca saziş üzərində işləməsi də gündəmdədir.

Şahin Cəfərli bütün bu amilləri nəzərə alaraq bildirib ki, ortaya çıxan nəticə Rusiyanın strateji məğlubiyyətidir. Onun sözlərinə görə, Moskva bu müharibə nəticəsində zəiflətmək istədiyi Ukrayna əvəzinə, ABŞ-dən təhlükəsizlik təminatı almış, ərazisində NATO ölkələrinin qoşunları yerləşdirilmiş, 800 minlik orduya və sürətlə inkişaf edən hərbi sənayeyə malik daha güclü Ukrayna milli dövlətinin formalaşmasına nail olub.

Siyasi təhlilçi vurğulayıb ki, Putin rejimi hadisələrin bu istiqamətdə inkişafına imkan vermək istəmir. Bu baxımdan, bugünkü təxribat gözlənilən idi. Şahin Cəfərli yaxın günlərdə Rusiyanın guya cavab addımı kimi Kiyevdəki rəsmi binalara zərbələr endirərək eskalasiyanın səviyyəsini artırmasının mümkün olduğunu da istisna etməyib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri