“Putin sülhə əsl münasibətini göstərdi” “Onlar müharibəni bitirmək istəmirlər”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev və digər Ukrayna şəhərlərinin son kütləvi atəşə tutulması ilə Rusiya dünyaya sülh təkliflərinə əsl münasibətini göstərir.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial media platformasında yazıb.
"Bu günlərdə bir çox suallar olub. Hanı ABŞ və dünya tərəfindən təqdim edilən müharibənin dayandırılması təkliflərinə Rusiyanın cavabı? Rusiya nümayəndələri uzun söhbətlər aparırlar, amma əslində onların yerinə danışan "Kinjal" və "Şahed”-lərdir", - deyə o yazıb.
Dövlət başçısı əlavə edib ki, bu, "Putin və onun ətrafındakıların sülhə əsl münasibətidir".
“Onlar müharibəni bitirmək istəmirlər, Ukraynaya daha çox ağrı vermək və dünyada digərlərinə təzyiqlərini artırmaq üçün hər fürsətdən istifadə etməyə çalışırlar. Bu o deməkdir ki, cavab olaraq kifayət qədər təzyiq yoxdur”, - deyə Zelenski bildirib.
O, ABŞ və Avropanı Rusiyaya təzyiqi artırmağa və Ukraynanı silahlarla, xüsusən də hava hücumundan müdafiə sistemləri ilə dəstəkləməyə çağırıb.
Qeyd edək ki, bu gecə Rusiya Ukraynaya daha bir kütləvi hücum təşkil edib. Xüsusilə Kiyevə ballistik raketlərlə hücum edilib. Son məlumatlara görə, 28 nəfər yaralanıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 27 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















