Icma.az
close
up
RU
Putin Trampa əsl münasibətini göstərib

Putin Trampa əsl münasibətini göstərib

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Rusiya lideri Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Ukrayna ilə bağlı ən aqressiv fikirlərini səsləndirib.
Reyting.az
“Sky News”-ə istinadla xəbər verir ki, Putin, ABŞ prezidenti Donald Trampın sülhməramlı səylərinə əsl münasibətini nümayiş etdirib.
O, rus və ukraynalıları bir xalq hesab etdiyini və bütün Ukraynanın Rusiyaya məxsus olduğunu deyib. Bu şərhlər Kremlin son ritorikasına tamamilə zidd olduğu üçün sürpriz sayılır.
“Donald Tramp sülh sazişi üçün səy göstərməyə başlayandan bəri Moskva daha yumşaq, barışdırıcı ton qəbul etdi və bu, açıq şəkildə Vaşinqtona nizamlanmada maraqlı olduğunu göstərmək cəhdi idi. Lakin Putinin son bəyanatlarında bu cür ritorikadan əsər-əlamət yoxdur - tam əksi. Putin hətta aylar ərzində ilk dəfə Ukraynanı nüvə zərbəsi ilə hədələdi. Bu, Vladimir Putinin düşünülmüş mesajı kimi görünürdü ki, sülh danışıqlarına baxmayaraq, Rusiya nə döyüş meydanında, nə də danışıqlar masası arxasında geri çəkilmək niyyətində deyil. Məncə, bu, Moskvanın Donald Trampı əsəbləşdirməkdən o qədər də narahat olmadığını göstərir”,- nəşr qeyd edib.
Nəşr yazır ki, görünür, Tramp münaqişədə vasitəçilik cəhdlərindən uzaqlaşıb, eyni zamanda, Moskva ilə daha isti münasibətlər axtarır.
“Putinin şərhləri hər şeyin onun planı üzrə getdiyinə nə qədər əmin olduğunu göstərir”,- təhlildə vurğulanıb.
Bundan əvvəl Putin Rusiyanın Sumı şəhərini ələ keçirəcəyini istisna etmədiyini bildirib. O, həmçinin Rusiya qoşunlarının artıq Rusiyanın qeyri-qanuni ilhaq etdiyi 4 bölgədən kənar ərazilərdə olduğunu deyib və sonra “Rus əsgərinin ayağı dəyən yerdə Rusiya var”,- deyimini xatırladıb.
ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri