Icma.az
close
up
RU
Putin Trampı növbəti dəfə aldatdı

Putin Trampı növbəti dəfə aldatdı

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kreml də hesab edirlər ki, əgər nəsə bir şey baş verəcəksə, mütləq Rusiyanın istədiyi kimi baş verməlidir. Nə Ukrayna, nə Qərb ölkələri, nə Amerika Birləşmiş Ştatları hər hansı bir mövqe nümayiş etdirməməlidirlər və bütün dünya Rusiyanın dediyiylə, yəni Rusiyanın şərtləriylə, Rusiyanın maraqları ilə oturub durmalıdır. Bu da onu göstərir ki, Rusiya sülh prosesinə qətiyyən hazır deyil".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində olmaması ilə bağlı verdiyi açıqlamadan danışarkən bildirdi.

"Əslində, Tramp üçtərəfli görüş təklif edərkən, Putin həmin üçtərəfli görüşü Moskvada keçirməyi təklif etmişdi. Həm Zelenski, həm də Tramp Moskvada görüş keçirməkdən imtina etdilər və bunun ardınca da Lavrov belə açıqlamalar verməyə başladı ki, Putin, Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində deyil. Kreml əslində sülh danışıqları yox, Ukraynanın, Amerika Birləşmiş Ştatlarının, NATO-nun, Avropa dövlətlərinin kapitulyasiya aktı imzalamasını istəyir. Hesab edir ki, bütün dünya Rusiyanın qarşısında məğlubiyyətini qəbul etməlidir. Halbuki, məğlub olma təhlükəsi Rusiya üçün daha ciddi şəkildə ortaya çıxmaqdadır. Əgər belə davam edərlərsə və dünya dövlətləri də nəhayət Rusiyanın danışıqlar üçün yararlı dövlət olmadığını anlayarsa, böyük ehtimalla Rusiyanın tamamilə zəiflədilməsi xəttinə keçilə bilər. Bu halda da Rusiya dövlətçiliyi belə təhlükə qarşısında qala bilər. Anlaşılan ondan ibarətdir ki, üç tərəfli görüş artıq baş verməyəcək".

Politoloqun sözlərinə görə, Putin Trampı demək olar ki, növbəti dəfə aldatdı:

"Növbəti dəfə Putin Rusiya üçün zaman qazandırdı və eyni zamanda hələlik növbəti sanksiyalardan yayındırmış kimi görünür. Ən əsası isə, Prezident Donald Trampı çətin vəziyyətə saldı və onu aldadaraq fərqli situasiyanın yaradılmasına çalışmış oldu. Ona görə də indi növbəti addımları məhz Prezident Tramp atmalıdır. Aldadılan dövlət başçısı durumuna düşən Tramp olduğuna görə, bundan sonrakı proseslərin istiqamətini məhz Amerika Birləşmiş Ştatları müəyyənləşdirməlidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri