Icma.az
close
up
RU
Netanyahu Trampı aldatdı münasibətlər pozuldu

Netanyahu Trampı aldatdı münasibətlər pozuldu

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlər kritik həddə çatıb.

Modern.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzetində dərc olunan geniş təhlildə bildirilib.
Qeyd olunub ki, Netanyahu seçkiqabağı dövrdə Ağ Evdən istənilən dəstəyi görməyib. Netanyahunun dünya miqyasında təcrid olunmuş lider imicindən xilas olaraq güclü siyasi fiqur kimi görünmək cəhdləri Ağ Evin lazımi dəstəyi göstərməməsi səbəbindən nəticəsiz qalıb. Trampın Netanyahuya kiçik bir jest etməkdən belə çəkinməsi diqqət çəkir.

Tramp Netanyahudan niyə üz döndərdi?

Təhlildə Donald Trampın Netanyahudan kifayət qədər tez üz döndərdiyi bildirilir. Bunun yalnız Trampın məğlub olanlara münasibəti ilə deyil, həm də İsrailin baş nazirinin onu aldatdığına inanması ilə bağlı olduğu vurğulanır.

Netanyahunun Trampa İranı məğlub etmək, Tehran rəhbərliyini devirmək və Qəzzanı dəbdəbəli istirahət mərkəzinə çevirmək kimi yerinə yetirilməsi mümkün olmayan vədlər verdiyi qeyd olunur. Qəzzadakı hücumları vaxtında başa çatdıra bilməyən Netanyahunun Trampın “tarixə sülh gətirən lider kimi düşmək” planlarına mane olması ABŞ Prezidentini ciddi şəkildə qəzəbləndirib.

Vaşinqton–Təl-Əviv xəttində qırılma

Təhlildə Netanyahunun Trampı, İsrailin isə ABŞ-ı itirdiyi vurğulanır və Vaşinqtonla Təl-Əviv arasındakı əlaqələrin çoxdan qırıldığı qeyd olunur.

Qəzzadakı hücumların nə məntiqə, nə də strategiyaya əsaslandığı, bunun ABŞ–İsrail münasibətlərini, demək olar ki, yerlə-yeksan etdiyi iddia edilir. Xüsusilə ABŞ-da Demokratların böyük qələbə qazanmasının gözlənildiyi aralıq seçkilərdən sonra İsraili daha ağır günlərin gözlədiyi proqnozlaşdırılır.

Amerika ictimaiyyətinin İsrailə münasibəti dəyişir

Vurğulanır ki, ABŞ ictimaiyyətində fələstinlilərə rəğbət artır. Bildirilir ki, etirazçılar Leyla Xalidin “Güc bizim əlimizdə olacaq, Fələstini geri alacağıq və oranı ərəblər, yəhudilər və azadlıqsevərlər üçün cənnətə çevirəcəyik” fikirlərini şüara çeviriblər.

Silah şirkətləri və regional maraqlar

Trampın İsraili iki dəfə yarı yolda qoyduğu iddia edilən yazıda onun əslində İsrailin həqiqi dostu olmadığı vurğulanır. ABŞ liderinin silah şirkətlərinin qazanc maraqlarına görə sülh istiqamətində addım atmadığı, vəd etdiyi “əsrin sazişi” kimi layihələrin heç birini həyata keçirə bilmədiyi xatırladılır.

Təhlilin sonunda bildirilir ki, Trampın Netanyahudan üz döndərməsi İsrail üçün müsbət addımdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2026 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri