Icma.az
close
up
RU
Putin Trampın elçilərini 3 saat gözlədib Və əvvəlki tələblərini təkrarlayıb

Putin Trampın elçilərini 3 saat gözlədib Və əvvəlki tələblərini təkrarlayıb

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vladimir Putin xarici qonaqları qəbul etmək də daxil olmaqla, vacib tədbirlərə gecikmək kimi saymazyana vərdişini dəyişməyib.

“AzPolitika” xəbər verir ki, CNN-in məlumatına görə, Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün dünən Moskvaya səfər edən Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner, Kremldə 3 saat gözlədiliblər.

“Politico” da məlumatı təsdiq edərək yazıb ki, Putin Uitkoff və Kuşnerlə görüşə təxminən üç saat gecikib.

Məlum olduğu kimi, beş saatlıq danışıqlar sülh prosesinin irəliləməsinə kömək etməyib. Putinin köməkçisi Yuri Uşakov deyib ki, Kreml üçün əsas məsələ olan ərazi məsələsində "heç bir kompromis tapılmayıb".

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, görüşün nəticəsini birmənalı olaraq, ABŞ-nin sülh planının rədd edilməsi kimi qəbul etmək düzgün olmaz. Bu arada “NBC News”-un məlumatına görə, Putin Donbasın tamamilə təslim edilməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını və işğal etdiyi Ukrayna ərazilərinin beynəlxalq səviyyədə tanınmasını tələb edir. Bu üç məsələdə o, güzəştə getməyə hazır deyil.

Xatırladaq ki, əvvəlki danışıq raundları — İstanbul və Alyaskada baş tutan görüşlər də eyni nəticə ilə başa çatıb. Putin nə güzəştə gedib, nə ritorikasını dəyişib, nə də Ukraynanı məhv etmək ideyasından əl çəkib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri