Icma.az
close
up
RU
Putin Trampın zəif damarını tutaraq ona təkliflər edəcək Politoloqdan AÇIQLAMA

Putin Trampın zəif damarını tutaraq ona təkliflər edəcək Politoloqdan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Artıq məlumdur ki, avqustun 15-də Donald Trampın Vladimir Putinlə Alyaskada görüşü keçiriləcək və bu, təkbətək olacaq. Bundan əvvəl Tramp mətbuat konfransında bildirdi ki, görüşdə Zelenski də iştirak edəcək, mən onların görüşünü təşkil edəcəm, onları sonra təkbətək qoyacam, razılaşdıracam, sülhə gəlsinlər. Ancaq sonradan görünür ki, Putin buna razılıq vermədi. Putin bildiyimiz kimi, nə qədər təcavüzkar siyasət yürüdürsə də, artıq 25 ildən artıqdır hakimiyyətdədir və siyasəti, Rusiyanın maraqlarını qorumağı bacarır. Ona görə hesab edirəm ki, məhz indi Zelenskinin iştirak etməməsini xahiş edib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov avqustun 15-də Donald Trampın Vladimir Putinlə Alyaskada keçiriləcək görüşündən danışarkən bildirdi.

"Bu görüşdə də Putin Trampın zəif damarını tutaraq ona Rusiyanın nadir metallarının və yeraltı sərvətlərinin birgə işlənməsi ilə bağlı  şirinliklədirərək bildirəcək ki, bəli, siz Rusiya ilə yaxınlaşsanız, çox daha çox qazanacaqsınız. Eyni zamanda Şimal Buzlu okeanının, Arktikanın yeraltı sərvətlərinin birgə çıxarılması ilə bağlı da təkliflər irəli sürə bilər. Çünki Tramp biznesmendir, pul qazanmağı sevir. Putin də onun bu zəif cəhətini bilir ki, o prezidentlikdən əlavə biznesmendir.

Bu gün də Trampqarşısına məqsəd qoyub ki, Amerikanı yenidən dünyanın ən güclü ölkəsi eləsin. Bunun üçün təbii ki, iqtisadi güc lazımdır, böyük vəsait lazımdır və ona görə də digər ölkələri Amerikaya vəsait, investisiya qoymağa məcbur edir, təbliğ edir. Putin də ona belə bir təkliflə çıxış edəcək. Ancaq burada əsasən Rusiya-Ukrayna müharibəsinin necə dayandırılması ilə bağlı danışıqlar gedəcək. Bu danışıqlarda  Tramp məsələnin məğzini bilir orada yalnız fikir mübadiləsi aparıla bilər amma heç bir razılıq əldə olmayacaq. Çünki Tramp Ukraynanın prezidenti deyil, özünü dünya prezidenti sayır, amma beynəlxalq hüquq normalarına görə hər dövlətin özünün seçdiyi prezidenti var və təbii ki, razılaşmaya Putin və Zelenski qol çəkəcək. Bu nöqteyi-nəzərdən Tramp müəyyən razılaşmalar əldə edə bilər, amma bu razılıqda son nöqtə Zelenski tərəfindən edilməlidir. Zelenski isə artıq bəri başdan deyir ki, biz heç bir torpaqlarımızın Rusiyaya verilməsinə, bağışlanmasına razı olası deyilik.

Ancaq bir reallıq var ki, Ukraynanın bir çox regionları o cümlədən Donbasın çox hissəsi, Luqanskın çox hissəsi, Xerson, Zaporojye, artıq Dnepropetrovska işğal altındadır. Yəni müharibənin reallığı budur ki, Zelenski və Ukrayna hakimiyyəti bu reallıqla barışmalıdır. Vaxtilə bizim yeddi rayonumuzu ermənilər işğal etmişdi.  Azərbaycan Prezidenti də onlara demişdi ki, siz işğalla razı olmayın. Bəli, güclü bir dövlət, güclü iqtisadiyyat və güclü ordu qurmaq lazımdır ki, gələcəkdə o torpaqlar işğaldan azad edilsin".

Politoloq qeyd etdi ki, bu gün həmin torpaqların işğaldan azad edilməsi və ya danışıqlar yolu ilə Putinin geri verməsi real deyil, məhz buna görə də Zelenski məcburən həmin bölgələrin Rusiyanın işğalında qalmasına razı olmalıdır.

"Başqa yolu yoxdur. Razı olmasa, müharibə dayanmasa, digər əlavə regionlar da işğal altına keçəcək. Bu nöqteyi-nəzərdən müharibə yekunlaşmalıdır və həmin təmas xəttinə beynəlxalq sülh qüvvələri yerləşdirilməlidir. Sonra isə gələcəkdə Ukrayna NATO-nun üzvü olarsa və hərbi sənayesini inkişaf etdirərsə,o torpaqları qaytara bilər.

Yəni bu görüşdə ilkin razılaşmalar, müəyyən məsələlər müzakirə oluna bilər, amma Rusiyanın tələbi aydındır ki, Ukrayna qoşunları Donetsk və Luqansk vilayətlərindən, işğal olunmuş rayon bölgələrinin ərazisindən çıxsın. Hələlik üç il yarımdan artıq müharibə getməsinə baxmayaraq, Rusiya Donetsk vilayətini tam işğal edə bilməyib. Digər vilayətlərdə də eyni vəziyyət mövcuddur. Ona görə istəyirlər ki, Ukrayna qoşunları oradan çıxsın və bu vilayətləri Rusiyaya versinlər.

Ancaq təbii ki, buna Ukrayna gedəsi deyil. Bu görüşdə müəyyən danışıqlar və razılaşmalar olacaq, amma Ukraynanın torpaqları ilə bağlı yekun qərara yalnız Zelenski qol çəkəcək. Zelenski məsul şəxsdır. Ona görə də bu 15-dən konkret heç nə gözləmirəm. Yəni müharibə həmin gün Trampın xahişi ilə dayanmayacaq. Putinin siyasəti başqa cürdür. Putin yenidən Trampı aldatmağa, onu işinə inandırmağa və müharibəni davam etdirməyə çalışacaq. Çünki müharibə dayanarsa, hesab edirəm ki, gələcəkdə Putinin hakimiyyəti də sat-verəcək və Rusiyanın daxilində narazılıqlar daha da artacaq", - Elşad Həsənov bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri