Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Zelenski hakimiyyətdə qalsa, Trampın planları... POLİTOLOQDAN AÇIQLAMA

Zelenski hakimiyyətdə qalsa, Trampın planları... POLİTOLOQDAN AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zelenski seçkilərdən imtina edir, Ukrayna sorğularında çox aşağıdır və onun yaxşı bacardığı yeganə şey Baydeni “skripka kimi” ifa etmək idi. Diktator Zelenski tez getsə yaxşı olar, əks halda ölkəsi deyə bir şey qalmayacaq”.

Avtosfer.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

ABŞ lideri bildirib ki, bu müharibə ABŞ olmadan heç vaxt həll yolu tapmayacaq:
"Mən Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş görüb, ölkəsi darmadağın olub və milyonlarla insan lüzumsuz yerə ölüb. Belə də davam edir. Biz Rusiya ilə bu məsəlinin həlli üçün çalışırıq. Hər kəsə məlumdur ki, sülh Tramp və onun adminstrasiyası olmadan qeyri-mümkündür”.

Mövzu ilə bağlı siyasi şərhçi Natiq Miri Avtosfer.az-a açıqlamasında deyib ki, Zelenski haqqında Trampın ritorikasının getdikcə sərtləşməsi ABŞ prezidentinin istədiklərinə Zelenskinin mane olması ilə əlaqədardır:


“Çünki proseslər əgər Zelenski istəməsə, Trampın planlaşdırdığı kimi getməyəcək. Münaqişə tərəflərindən biri məhz Ukraynadır, buna görə də Tramp Zelenskini diktator adlandıraraq, Rusiya istəsə, bütün Ukraynada məhv edə biləcəyini söyləyir. Hətta bununla hakimiyyətdə parçalanma yaradaraq uyğun bir rejim qurmağı məqsəd qoyur. Lakin bu müharibə Zelenskinin dövründə başlamışdır. Ukraynadan prezident olaraq məhz Zelenski NATOya qəbul edilmək və Ukraynanın təhlükəsizliyini təmin etmək istəyir. Ancaq ABŞ Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı heç bir təminat vermir, hətta torpaq altı faydalı qazıntıların və yeni neft, qaz mənbələrinin istismarını belə öz nəzarətində saxlamağa çalışır.
Bu kontekstdə Zelenskini təzyiq altına almaq istəyənlər, xüsusilə Rusiya, Ukraynada müəyyən dəyişikliklər etmək istəyir. Ancaq Zelenskinin müvafiq addımları, daxili və beynəlxalq siyasətdəki məsuliyyəti bu qərarların doğru və yerində olduğunu göstərir. Beynəlxalq Kiyev Sosial Sorğu Mərkəzinin keçirdiyi sorğulara görə, Zelenski hər zaman üstün mövqeyini qorumuş və nüfuzu heç zaman ciddi şəkildə azalmamışdır. Trampın məqsədi Zelenskinin hakimiyyətdən getməsini təmin etməkdir. Çünki əgər o, hakimiyyətdə qalarsa, Trampın planları uğursuz olacaq.
Rusiya Ukraynada ciddi hərbi əməliyyatlar həyata keçirə bilsə də hələlik bunu etməyib. Bunun səbəbi isə Putin tərəfindən qoyulan 3 günlük işğal planının artıq 4-cü ilinə keçməsi və müharibənin dayanması ilə bağlı heç bir irəliləyişin olmamış olmasıdır. Həmçinin, Trampın münaqişəni həll etmək üçün verdiyi vaxtların qeyri-real olduğu və müəyyən hədlərin artıq çox keçildiyi də görünür”.
Natiq Miri əlavə olaraq qeyd edib ki,  Zelenskinin xarakteri və liderlik xüsusiyyətləri həmişə yüksək məqsədlər qoymağa və bu məqsədlərə çatmaq üçün hərəkət etməyə imkan verir:
“Bununla yanaşı, Trampın maksimalist hədəfləri səsləndirməsi sonradan icrası qeyri-mümkün olan bəyanatlara gətirib çıxarmışdır. Bu müharibə, həftələr, aylar ərzində həll edilə bilər, çünki çoxsaylı razılaşdırılmamış məqamlar və tərəflərin bir-birinə qarşı mövqeləri mövcuddur. Zelenski bu vəziyyətlə bağlı olaraq Türkiyə səfərində də mövqeyini ortaya qoymuşdur.
Bütün bunlar göstərir ki, beynəlxalq siyasətdə çox vaxt bəzən düşünülməmiş hədəflər irəli sürülür, ancaq bu hədəflərin həyata keçirilməsi qeyri-mümkün olur”.

Politoloq Tofiq Zülfüqaroğlının fikrincə, Trampın məqsədi atəşkəs rejimini bərpa etməkdir:


“Vəziyyət onu göstərir ki, tərəflər müvəqqəti olaraq hər biri nəzarət etdiyi əraziləri saxlayacaqlar. Yəni, 1994-cü ildə bizdə olduğu kimi, atəşkəs rejimi bərqərar olunduqdan sonra, münaqişənin əsasını təşkil edən məsələlər danışıqlar yolu ilə həll ediləcək. Təxminən bu model bu münaqişəyə də tətbiq olunur. Lakin burada Zelenskinin vəziyyəti çox zəifdir. 2022-ci ildə tərəflər arasında atəşkəs Türkiyədə əldə oluna bilərdi. İstanbulda keçirilən danışıqlarda bu qərara gəlinmişdi. Lakin müharibəni davam etdirmək Zelenskinin qərarı idi. Təbii ki, bu qərara görə Zelenskini tənqid edəcəklər. Zelenskinin prezidentlik müddəti konstitusiyaya görə, keçən il bitib. Əsas problem də bununla bağlıdır.
Amma Zelenskinin məcbur olunacağı gözlənilir ki, atəşkəsi qəbul etsin. Tramp Zelenskinin “diktator” deyil, “seçkilərə getmək istəməyən avtoritar” kimi təqdim etdi. Yəni, əslində, Tramp atəşkəs rejiminin həyata keçirilməsi üçün əsas məqsədin Zelenskinin seçkilərə getmək istəməməsi olduğunu vurğulamaq istəyir. Bu da bir növ Zelenskiyə təzyiq göstərməklə əlaqədardır. Əminəm ki, ABŞ ilkin mərhələdə bu məsələdə irəliləyişə nail olmağa çalışacaq. Burada başa düşməliyik ki, siyasi məsələlərtorpaqların kimə məxsus olması, ərazi bütövlüyünün bərpası və NATO üzvlüyü bir neçə mərhələdə həll edilə bilməz”.

Politoloq sonda əlavə edib ki, Tramp ilkin mərhələdə əsas məqsəd kimi atəşkəs rejiminə nail olmaq istəyir:
“Sonra uzun danışıqlarda, heç bir nəticə verməyən müzakirələr vasitəsilə, siyasi proseslər müzakirə ediləcək. Lakin digər bir şəraitdə bu məsələlər daha çətin və mürəkkəb ola bilər”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Fevral 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri