Icma.az
close
up
RU
Putin Trampla birləşib Avropa İttifaqını SSRİ kimi dağıdır...

Putin Trampla birləşib Avropa İttifaqını SSRİ kimi dağıdır...

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Kim Putini hakimiyyətə gətirib?-Yelsin, onu kim hakimiyyətə gətirib? –ABŞ. Hesabınızı buradan götürün...”

"İki liderin görüşü dünyanın yenidən bölüşdürülməsi və polipolyarlığın yaranmasına gətirib çıxaracaq. Dünyada ikinci soyuq müharibə başlayacaq..."

Ölkədə  və dünyada baş verənlərlə bağlı saytımıza mütəmadi şərhlər verən siyasi analitik Tahir Cəfərli son açıqlama və sosial şəbəkə paylaşımlarında Trampın Putinlə birgə Avropa İttifaqını(Aİ) dağıtmaq planı olduğunu iddia edir, deyir ki, guya Aİ də SSRİ kimi dağılacaq. Analitikə müraciət edərək bu fikirlərini hansı əsaslarla söylədiyini soruşduq və həmin mövzuda bir az geniş izahat verməyini xahiş etdik. O, Moderator.az-a bunları açıqladı:

“İndiyə qədər çoxları elə düşünür ki, ABŞ Avropa İttifaqının iqtisadi və siyasi qüdrətinin tərəfdarı və strateji müttəfiqidir. Əslində isə vəziyyət əksinədir. Aİ “yevroya” keçəndə, Almaniyanın Kansleri Şroder “İnterneşnl  Politik “jurnalında  yazırdı ki, ”Bu hadisə ABŞ-ni Avropa İttifaqının ciddi rəqibinə çevirib, çünki SSRİ dağılandan sonra Avropa –Rusiya yaxınlaşması ikincini Aİ-nın xammal bazasına çevirib və bu saat ölkəmiz yüksək iqtisadi göstəriciləri ilə ABŞ-ni qabaqlamaqdadır. Amerikanın analitik mərkəzləri əlindən gələni edəcəklər ki, Rusiya –Aİ arasında bu dostluq heçə ensin və Avropa inkişafdan qalsın”.

Şroderin nə üçün bu fikrə gəldiyini təhlil etsək, görərik ki, bunun üçün əsas o zaman ABŞ-nin yüksək texnologiyalı hərbi-sənaye komplekslərinin çökməsi olub.  SSRİ dağılandan sonra ABŞ-nin əsasən Avropa ölkələrinə göndərilən yüksək texnologiyalı silahlardan Aİ imtina etdiyindən ölkənin HSK-nin zavod və konsernləri dayanmışdı(elə Rusiyadakı kimi),  iqtisadi şəhərləri boşalmaqda idi...

Maraqlı bir fakt: 2005- ci ildə avtomobil nəhəngi “Ceneral motors”un qərargahının yerləşdiyi 6 milyonluq Detroyt şəhərində vur-tut 300000 min əhali qalmışdı. Nəzərə alsaq ki, bu şəhərdə hərbi  silahlar və maşınlar da hazırlanırdı, ABŞ-nin SSRİ dağılandan sonra düşdüyü vəziyyəti təsəvvür etmək çətin olmaz....

Rusiya artıq Aİ üçün təhlükə olmadığından ABŞ istehsal etdiyi yüksək texnologiyalı silahları Aİ-yə sata bilmirdi. Belə çıxırdı ki, SSRİ-nin dağılması ABŞ-ın zərərinə işləyir. Dərinə getsək, görərik ki, ABŞ siyasətçiləri bu ölkəyə qarşı təhlükəni Aİ-dən görür, elə yeganə çıxış yolunu da Rusiya-Aİ arasında nifaq salmaqda görürdülər. ABŞ-nin Avropa İttifaqına qarşı apardığı siyasətin mahiyyəti ondan ibarət idi ki, necə etsin ki, Aİ Rusiyadan qorxsun və çəkinsin.

Bunun üçün 2014-cü eldə “demokratiya, insan haqları” və s. geo-siyasi oyunlara əl atıb Ukraynada dövlət çevrilişi etdilər. O dövrü yadınıza salın. Avropanın Fransası və Almaniyası Rusiya ilə Minskdə razılığa gəldilər ki, Yanukoviçin hakimiyyətdə qalmasını təmin etsinlər və Ukraynada  sabitlik yaratsınlar. Ancaq belə olmadı... Rusiya Yanukoviçi Moskvaya qaçırtdı, daha düzünü desək, Minsk razılaşmasını pozdu. İndi-indi xoruzun quyruğu görünür, yəni ABŞ-la Rusiya arasında gizli danışıqlar olduğu nəticəsinə gəlirsən, belə olmasaydı, Rusiya Krımı zəbt edə bilməzdi...  Qara dənizdə mövcud olan Amerika silahlı qüvvələri Krıma girib, bunun qarşısını alardılar, ancaq almadılar. Təkcə bəyanatlarla və ən əsası sanksiyalarla Rusiyanı hədələdilər...

“Siyasətdə dostluq və düşmənçilik yoxdur, iqtisadi maraqlar var” aksiomu ilə  hadisələrə yanaşsaq, görərik ki, sanksiyaların tətbiqi heç də Rusiyanı dağıtmaq üçün deyildi. Sanksiyaların Aİ-yə vurduğu zərərlərdən çox danışmaq olar, nəticəsi odur ki, Rusiya özü onun xammal bazası olmaqdan çıxdı və öz məcrasına gəldi. Şərqi Ukraynanı  zəbt etməklə Aİ-nı müharibə faktı qarşısında qoydu. Bu hal ABŞ-nin xeyrinə idi. 2016-ci ildə hakimiyyətə gəlmiş proteksionist, yəni ABŞ-nin ənənəvi siyasətini özünə qaytaran lider – Donald Tramp HSK-nən inkişafına ciddi təkan verdi, Amerikanın keçmiş iqtisadi qüdrətinin özünə qaytarılması üçün böyük işlər gördü. Məcbur etdirdi ki, NATO ölkələri ABŞ-dən silahlar alsınlar, dedi ki, bundan sonra Amerika onları maliyyələşdirməyəcək. Onun bu hərəkəti Aİ-nın başına qapaz vurmaq idi... 

D.Tramp hakimiyyətə gələndən sonra ABŞ-nin boşalmış  iqtisadi  şəhərlərinin əhalisi öz yurdlarına qayıtmağa başladılar, çünki yeni iş yerləri açılmışdı. Bayaq adını çəkdiyimiz  Detroytda 6 milyondan artıq əhali vardır və bu şəhərin  zavod kompleksləri günbəgün  genişlənir... 

Rusiya ilə bağlı maraqlı fakt. Rusiya sanksiyalara  cavab olaraq  sovet dövründən konservasiya halında olan HSK-nın dayanmış zavod və kombinatlarını işə saldı və yüksək texnologiyalı silahlar istehsal etməyə baçladı. V.Putin ABŞ-nin ənənəvi siyasətini  həyata keçirtdi, yəni  müharibə etməklə iqtisadi qüdrətini artırmaq yolunu tutdu. Rusiya 2022-ci ilin fevralında Ukraynada Xüsusi hərbi əməliyyata başlayanda onun ÜDM-i 2.2 trilion dollar idi. Bir ildən sonra 6.3 trilyon oldu.(Faktlar BVF statistikasından götürülmüşdür). Yaxşı əgər Ukrayna müharibəsi Rusiyanı dağıdırsa, nə üçün bu ölkə müharibə edə-edə varlanır?..

D.Trampın  birinci prezidentliyi müddətində onun V.Putinlə münasibəti çox yaxşı idi. Hər ikisinin siyasəti ölkələrinin  böyüklüyünü bərpa etməyə yönəlmişdi. Bu cütlük  Aİ üçün bəla idi. Odur ki, D.Trampın ikinci dəfə seçkilərə getməsinə maneə olan ölkələrin, yəni ağıldan sərsəm C.Baydeni hakimiyyətə gətirənlər Aİ-nın liderləri oldular. 

Bununla belə, ABŞ-nin Aİ-yə qarşı siyasəti dəyişmədi. Amerikanlar Aİ-ni diz üstə qoymaq üçün Baltik dənizindən keçən qaz  kəmərini partlatdılar və Aİ-ni qazın baha qiymətə ABŞ-dan alınması məcburiyyəti qarşısında qoydular.

C.Bayden höküməti də Ukraynanın ABŞ-nin inkişafında rolunu dərk edirdi və müharibəni daha da qızışdırırdı. Məqsəd Aİ-ni tam ABŞ-dan asılı vəziyyətə salmaq idi. Maraqlısı budur ki, sərsəm C.Bayden buna nail oldu və o, hakimiyyəti D.Trampa ötürəndən sonra Ukraynanın  geo-siyasi poiqon olduğu ortaya çıxdı.

İndi D.Tramp bu müharibəni dayandırmaq istəsə də, inanılası deyil ki, Rusiya buna getsin, çünki hər iki ölkənin güclənməsi üçün Aİ dağılmalı, İkinci Dünya  savaşından sonrakı kimi ABŞ-nin satellitinə çevrilməlidir. Aİ-ın dağılması deyəndə, bu ölkələrin ABŞ-dən asılı vəziyyətə düşəcəklərini qeyd edirik.

SSRİ-nin dağılma səbəbinə gəlincə, onu nə Qorbaçov, nə də Yelsin dağıtdı. Bu İttifaq sadəcə olaraq düzgün iqtisadiyyatı olmadığından dağıldı. Ölkənin dağılmasına səbəb həmişə onun iqtisadiyyatı olub, yəni ölkəni saxlamağa qadir olmayıb. 

Hazırda isə D.Trampın siyasətinə qarşı getməyə Aİ-nın heç bir iqtisadi imkanı yoxdur. Odur ki, ABŞ heç vaxt Aİ-yə görə Rusiya ilə atom qarşıdurmasına getməyəcək. Bu saat bəşəriyyət Üçüncü Dünya müharibəsi həddinə çatıb. Dünyanın taleyi D.Trampın  və V.Putinin əlindədir. Onları bir masa arxasında danışıqlara getməsini geo-siyasi situasiya tələb edir, yoxsa dünyada daş daş üstündə qalmaz...

Ukrayna müharibəsi bir az da davam etsə, Aİ SSRİ kimi dağılacaq. Cəhənnəmə ki, dağılsın. Bunu dağıdan isə Tramp olacaq, V.Putin isə dərinə getsək, bu planın icraçısıdır. Kim Putini hakimiyyətə gətirib?-Yelsin, onu kim hakimiyyətə gətirib? –ABŞ. Hesabınızı buradan götürün. İki liderin görüşü dünyanın yenidən bölüşdürülməsi və polipolyarlığın yaranmasına gətirib çıxaracaq. Dünyada ikinci soyuq müharibə başlayacaq...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri