Putin Trampla söhbətində münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiqlədi
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin davamlı və uzunmüddətli olacaq sülh yolu ilə həllinə fundamental sadiqliyini təsdiqləyib.
"Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Münaqişənin sülh yolu ilə həllinə əsaslı sadiqliyini təsdiq edən Rusiya Prezidenti amerikalı tərəfdaşları ilə kompleks, davamlı və uzunmüddətli nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün işləməyə hazır olduğunu açıqlayıb”, – bəyanatda deyilib.
Dövlət başçısı həmçinin bir daha qeyd edib ki, həll yolları "böhranın əsas səbəblərini və Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarını aradan qaldırmaq üçün mütləq ehtiyacı” nəzərə almalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Mart 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















