Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəldilər
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin Ukrayna müharibəsində sülhün və atəşkəsin vacibliyindən danışıblar.
Yenicag.az-ın məlumatına görə, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Bildirilir ki, hər iki lider bu münaqişənin davamlı sülhün əldə olunması ilə başa çatması barədə razılığa gəliblər. Tərəflər, həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar.
“Bu münaqişə heç vaxt başlamamalı və çoxdan səmimi və xoşniyyətli sülh səyləri ilə bitməli idi. Liderlər sülhə doğru hərəkətin atəşkəsin energetika və infrastruktur baxımından əldə olunması, Qara dənizdə atəşkəsin həyata keçirilməsi, tam atəşkəs və daimi sülhün əldə edilməsi üzrə texniki danışıqlarla başlamaq barədə razılığa gəliblər”, – deyə məlumatda vurğulanır.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Mart 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















