Putin üçtərəfli sammit keçirmək istəyir KİV
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp və Çin Sədri Si Cinpinlə üçtərəfli sammit keçirməyi təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, görüşün keçirilməsində məqsəd Rusiya-Ukrayna müharibəsinin Moskva üçün əlverişli olan şərtlərlə başa çatdırılmasına nail olmaqdır.
Rusiya kəşfiyyatının adı açıqlanmayan keçmiş əməkdaşının sözlərinə görə, Putin bu ideyanı Trampla oktyabrın 9-da baş tutan telefon danışığı zamanı irəli sürüb.
Kremlin mətbuat katibi Dmitri Peskov da bu istiqamətdə danışıqların aparıldığını təsdiqləyib.
Nəşrin iddiasına görə, hər üç tərəf belə bir görüşün mümkünlüyünü qəbul etsə də, Tramp hələlik sammitin keçirilməsinə razılıq verməyib.
Kreml üçtərəfli dialoqu 18 və 19 noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində aparmağı təklif edib.
“Rusiya rəsmiləri bu ideyanı diplomatik kanallarla Pekinə təklif ediblər, Çin tərəfi isə əgər Tramp bu ideyanı dəstəkləyərsə, etiraz etməyəcəyini bildirib”, - məqalədə qeyd olunur.
Məlumata əsasən, belə bir potensial üçtərəfli dialoqun keçirilməsi Si Cinpin üçün Çinin nüfuzlu diplomatik vasitəçi kimi rolunun artırılması səylərində böyük addım ola bilər.
Rusiya kəşfiyyatının keçmiş əməkdaşı həmçinin vurğulayıb ki, Putin bu görüşə dünyanı nüfuz dairələrinə bölən “İkinci Yalta sammiti” kimi baxır.
Bununla belə, o da qeyd olunur ki, belə bir görüşün keçirilməsi Çinin Ukrayna münaqişəsinə daha birbaşa cəlb olunmasına gətirib çıxara, eləcə də Pekinin Moskva ilə yaxınlaşmasına onsuz da ehtiyatla yanaşan Avropa paytaxtlarının mənfi reaksiyasına səbəb ola bilər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















