Icma.az
close
up
RU
Tramp avqustun 22 də Putin və Zelenski ilə üçtərəfli sammit keçirmək istəyir

Tramp avqustun 22 də Putin və Zelenski ilə üçtərəfli sammit keçirmək istəyir

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

525.az xəbər verir ki, Zelenskinin ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşündən sonra Trampla telefon danışığı olmuş, Ukrayna-ABŞ-Rusiya formatında üçtərəfli danışıqlarda iştirak etməyə razılıq verdiyini vurğulamışdı: “Prezident Trampın Ukrayna-ABŞ-Rusiya formatında üçtərəfli görüş təşəbbüsünü dəstəkləyirik. Ukrayna hesab edir ki, əsas məsələlərin müzakirəsi liderlər səviyyəsində aparılmalıdır və bu format buna tam uyğundur”.

Zelenski, həmçinin, ABŞ-la birgə təhlükəsizliyin təmin olunması üçün Avropa tərəfdaşlarının prosesin bütün mərhələlərində fəal iştirak etməsinin vacibliyini qeyd etmişdi.

Ukrayna Prezidenti onu da vurğulamışdı ki, əgər Moskva qarşıdurmanı ədalətli şəkildə sonlandırmaqdan və ya üçtərəfli görüşdə iştirakdan imtina edərsə, alternativ olaraq Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq olunmalıdır. Onun sözlərinə görə, sanksiyalar uzunmüddətli təhlükəsizlik üçün təsirli bir vasitədir.

ABŞ Prezidenti D.Tramp V.Putin və V.Zelenski ilə üçtərəfli sammit keçirmək istəyir və bu sammit 22 avqusta planlaşdırılır. Bu plan barədə Tramp Alyaskadakı sammitdən sonra Avropa və Ukrayna liderlərinə telefon danışığı zamanı məlumat verib.

CNN isə qeyd edir ki, bu görüş yalnız 18 avqustda Zelenski ilə keçiriləcək danışıqların uğurlu olması halında baş tuta bilər.

“The Washington Post” isə yazır ki, ABŞ administrasiyası 18 avqustda Tramp və Zelenski arasında keçiriləcək görüşün mütləq şəkildə üçtərəfli sammitlə nəticələnəcəyini gözləmir. Qəzet Ağ Evdəki mənbəyə istinadla bildirir:

“Ağ Evin nümayəndəsi qeyd edib ki, ABŞ həftənin sonunda Tramp, Putin və Zelenski arasında üçtərəfli görüşün baş tutacağına ümid edir. Lakin bu görüşün bazar ertəsi keçiriləcək ikitərəfli görüşdən birbaşa asılı olmadığı da vurğulanıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri