Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

PUTİN ÜÇÜN “PAUTİNA” Kreml “təyyarə qətliamı”na nə ilə cavab verəcək?

PUTİN ÜÇÜN “PAUTİNA” Kreml “təyyarə qətliamı”na nə ilə cavab verəcək?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna müharibəsi hərb və xüsusi xidmət orqanları tarixinə bir çox gözlənilməz yeniliklər gətirməsilə yadda qalacaq ki, bunlardan biri də dünən az qala birbaşa, “canlı yayımda” həyata keçirilən “Pautina” əməliyyatı oldu. Adı “Hörümçək toru” kimi tərcümə edilən bu əməliyyatı artıq İsrailin “Hizbullah”a qarşı məlum “Peycer əməliyyatı”, hətta Yaponiyanın ABŞ-yə qarşı Pörl-Harbor əməliyyatı ilə müqayisə edirlər. İstənilən müqayisə qüsurlu olduğu kimi, bu əməliyyatı da miqyasına və effektivliyinə görə digərlərilə tam eyniləşdirmək doğru olmazdı…

Ukrayna tərəfi əsas hissəsi strateji bombardmançılar olan 41 təyyarənin məhv edildiyini bildirsə də, hələlik bu rəqəm tam təsdiqini tapmır. İnformasiya məkanında və mütəxəsssilərin rəylərində müxtəlif fərqli rəqəmlər səsləndirilir. Kreml təbliğatçıları 7-11 təyyarənin itirildiyini qeyd edirlər. Lakin, məsələn, Kremlə yaxınlığı ilə tanınan “Kremlyovskaya tabaqerka” kanalı isə öz mənbələrinə istinadla 27 təyyarənin məhv edildiyini yazıb. Ancaq daha dəqiq rəqəmlər əməliyyatın baş tutduğu hərbi aerodromların peyk görüntüləri yayılandan sonra məlum olacaq ki, bunun da yaxın zamanda baş verəcəyi gözlənilir.

İstənilən halda, bu əməliyyat Rusiya KQB-FSB xüsusi xidmət, kəşfiyyat orqanından tutmuş Rusiya ordusuna və ümumilikdə Rusiya dövlətçiliyinə qədər bütün istiqamətlərdə ağır deqradasiyanın, çürümənin yaşandığını göstərdi. Göstərdi ki, Putin Rusiyası timsalındakı idarəçilik forması dövlətin bütün təməllərini çürütməkdədir. Məlum oldu ki, bir ildən artıq müddətdə hazırlanan əməliyyatdan işi-gücü yalnız xaricdəki müxalifətçiləri zəhərləməkdən, izləməkdən ibarət olan rus xüsusi xidmətinin xəbəri olmayıb və bu, rus FSB-sinin növbəti biabırçı məğlubiyyətidir. İndi Kremlin özünün bu vəziyyətilə Qərbə, NATO-ya meydan oxuması daha gülünc görünəcək…

Göründüyü kimi, Putin və ətrafındakıların gecə-gündüz öyündükləri “nüvə triadası” adi təhlükəsizlik tədbirlərindən belə məhrumdur. Hər birinin qiyməti yüz milyonlarla dollarla ölçülən və hazırda istehsal edilməyən, əvəzlənməsi mümkün olmayan strateji əhəmiyyətli təyyarələr 500 dollarlıq adi dronlarla məhv edilə bilir və bu təyyarələr nəinki xüsusi anqarlarda yerləşdirilməyib, heç olmasa, aerodromların ətrafında hər hansı normal radio-elektron mübarizə vasitələri, HHM sistemləri də quraşdırılmayıb. Ancaq bəlkə də bütün bunların təmin olunduğu barədə büdcədən milyonlar, yüzmilyonlar silinib və talanıb. Yəni, Putinin yarıkriminal, korrupsiyalaşmış, avtoritar idarəçilik sistemində bütün sahələr kimi, strateji təhlükəsizlik sahəsi də çürümüş olub…

Bu əməliyyat həmçinin göstərdi ki, Ukrayna kəşfiyyatı istəsəydi birbaşa Rusiya rəhbərliyinə, onun fiziki məhvinə yönələn əməliyyatlar keçirə bilərdi və bilər. Məsələn, həmin “fura”lradan biri 9 may paradı zamanı Kremlin həndəvərində yerləşdirilsəydi və oradan uçan PUA-lardan biri Putini hədəf alsaydı, “Pautina” şəxsən “Putinin başında çatlaya” bilməzdimi? Həmçinin, kim təminat verə bilər ki, bu cür “furalar” hazırda Rusiyanın bir çox regionlarına səpələnməyib və istənilən an uzaqdan işə salınmayacaq? Küçədə “miqrant ovuna” çıxan Rusiya orqanları indi hər bir “TIR”-a potensial “dron yuvası” kimi baxmaq və onları yoxlamaq məcburiyyətində qalacaqlar. İndi təhlükəsizlik orqanları belə “şübhəli furalar” barədə “ayıq-sayıq” vətəndaşlardan saysız-hesabsız zənglər alacaqlar və sair.

Hazırda gündəmi zəbt edən suallardan biri və hətta birincisi odur ki, Putin bu hücuma necə cavab verəcək? Dəfələrlə qeyd edildiyi kimi, Rusiya bu müharibədə zatən Ukraynaya qarşı nüvə silahından başqa bütün silahlarından, raketlərindən istifadə edib. İndi də ən çox gözlənilən cavab Putinin növbəti tərifli “Oreşnik” raketinin atılmasıdır. Müxtəlif ekspertlər bu raketin mümkün hədəfləri barədə müxtəlif versiyalar irəli sürürlər. Lakin onun tətbiqi əvvəl olduğu kimi heç bir hərbi effekt verməyəcək, əvəzində xeyli sayda mülki ukraynalının ölümünə və yaralanmasına səbəb ola bilər.

Taktiki nüvə silahının tətbiqinə gəlincə, əksər ekspertlər Kremlin buna getməyəcəyinə əmindirlər. Çünki onların fikrincə, Putin və ətrafı hər nə qədər ağıllarını itirsələr də, Çin və digər müttəfqilərin nüvə silahından istifadənin qəti əleyhinə olduğunu, bu silahın tətbiqinin cəbhədə heç bir hərbi üstünlük qazandırmayacağını, əvəzində bu addımın Rusiyanı beynəlxalq arenada tək qoyacağını bilirlər. Hələ ABŞ başda olmaqla, Qərbin mümkün kəskin reaksiyasını demirik. Bunu dəstəkləsə, yalnız Şimali Koreyanın anormal lideri dəstəkləyə bilər… Həmçinin, həddindən artıq kəskin cavab nəzərdə tutulsaydı, Rusiya əməliyyatın baş verdiyi gün öz nümayəndə heyətini İstanbul danışıqlarına göndərməzdi.

Bir də onu əlavə etmək olar ki, artıq bu hücumdan sonra Medinski İstanbulda əvvəlki ədalı, iddialı və saymazyana tərzini nümayiş etdirməkdə çətinlik çəkəcək…

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri