Icma.az
close
up
RU
Rusiya hələ “Pautina” əməliyyatına cavab verməyib Əsas zərbə qabaqdadır

Rusiya hələ “Pautina” əməliyyatına cavab verməyib Əsas zərbə qabaqdadır

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası hesab edir ki, 1 iyun tarixində həyata keçirilən Ukraynanın "Pautina" əməliyyatına Rusiya tam cavab zərbəsini hələ endirməyib.

"AzPolitika" xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Ukraynanın təşkil etdiyi həmin hücum nəticəsində Rusiyaya məxsus çoxsaylı bombardmançı təyyarələr müxtəlif hərbi aerodromlarda dron zərbələri ilə məhv edilmişdi. ABŞ rəsmilərinin fikrincə, bu həftə Ukraynaya qarşı həyata keçirilən raket hücumları Moskvanın planlaşdırdığı əsas cavab deyil.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi son telefon danışığı zamanı Kreml rəhbərinin cavab hücumu planlaşdırdığını qeyd etdiyi bildirilir. Hələlik zərbənin konkret vaxtı bəlli deyil. ABŞ administrasiyasındakı mənbələrdən biri yaxın günlərdə hücumun ola biləcəyini, digəri isə bunun “asimmetrik” – yəni, Ukraynanın tətbiq etdiyi üsullardan fərqli bir formada olacağını ehtimal edir.

Mənbələrə görə, Rusiya müxtəlif növ silahların istifadə olunduğu kombinə edilmiş hava hücumu həyata keçirə bilər.

Qərb diplomatik mənbələri isə Rusiyanın Ukraynanın hökumət binaları kimi simvolik hədəflərə zərbələr endirə biləcəyini istisna etmir. Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Maykl Kofman isə Rusiya təhlükəsizlik strukturlarına aid obyektlərə, xüsusən də Ukrayna Təhlükəsizlik Xidmətinə qarşı hücum ehtimalının yüksək olduğunu bildirib.

O, eyni zamanda, Rusiyanın ötən il istifadə etdiyini bildirdiyi yeni orta mənzilli “Oreşnik” raketi ilə zərbə endirə biləcəyini də xatırladıb.

Rusiya hakimiyyəti Ukraynanın bu əməliyyatını “terror aktı” kimi qiymətləndirsə də, beynəlxalq arenada, o cümlədən ABŞ-də, bu hücumun cəsarətli və innovativ olması xüsusi vurğulanıb. Qərb şərhçiləri qeyd edirlər ki, Kiyev ilk dəfədir Rusiyaya bu qədər ciddi zərbə endirməyi bacarıb.

Eyni zamanda, bu əməliyyatın eskalasiyaya səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar da var. Prezident Tramp əməliyyatı açıq dəstəkləməsə də, Rusiyanın indi cavab zərbəsi üçün bəhanə qazandığını deyib. Onun sözlərinə görə, telefon danışığında Putindən qisas hücumundan çəkinməsini istəyib. Lakin Trampın bəyanatlarından belə görünür ki, Putin bu çağırışa məhəl qoymayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ABC News-a verdiyi müsahibədə “Pautina” əməliyyatını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın bütün qəzəbinə baxmayaraq, nəticə əldə edə bilir: “Onlar hər şeyi anlayır. Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyimiz məqama yaxınlaşdığımızı göstərir”.

Zelenski ABŞ-dən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini tələb edib. O, həmçinin bildirib ki, Ukrayna Tramp administrasiyasının sülh danışıqları ilə bağlı bütün təkliflərini qəbul edib.

ABŞ-nin Kiyevə dəstəkdən imtina etməsi ehtimalı ilə bağlı suala cavab verən Zelenski vurğulayıb ki, belə olarsa, Rusiya üçün qələbə şansları artacaq və Ukrayna daha çox itki verə bilər.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyun 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri