Icma.az
close
up
RU
Putin üçün qurulmuş “hörümçək toru” SENSASİON TƏHLİL KONKRET

Putin üçün qurulmuş “hörümçək toru” SENSASİON TƏHLİL KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna kəşfiyyatının “Pauk” əməliyyatı Rusiyanın strateji aviasiyasına ağır zərbə vurdu.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Ukrayna xüsusi xidmət orqanlarının Rusiya strateji aviasiyasına qarşı keçirdiyi son əməliyyat “Rusiya üçün Pearl Harbor” adlandırılıb. Bu bənzətmə, Kremlin gözləmədiyi anda və ciddi şəkildə zərbə alması baxımından yerində sayıla bilər. Lakin əməliyyatın hərbi-siyasi nəticələri daha da ciddi görünür.

Ən uyğun müqayisə, bəlkə də, 2022-ci ildə müharibənin üçüncü ayında Rusiya Qara Dəniz Donanmasının flaqmanı “Moskva” kreyserinin məhv edilməsi ilədir. Həmin hadisə Rusiya donanmasının döyüş gücünü ciddi şəkildə zəiflətdi və göstərdi ki, qabaqcıl hərbi texnika belə, zərbələrə qarşı həssas ola bilər. Bu zərbədən sonra Rusiya əsas dəniz qüvvələrini Krımdan və Sevastopoldan geri çəkib Novorossiyskə yerləşdirmək məcburiyyətində qaldı.

Eyni vəziyyət indi də aviasiya sahəsində təkrarlanır. Ukrayna dronlarının ardıcıl zərbələri nəticəsində Rusiya strateji bombardmançı təyyarələri Dyaqilyevo (Ryazan), Şaykovka (Kalujsk) və Engels (Saratov) aerodromlarından daha uzaq bazalara – Olenya (Murmansk vilayəti) və Belaya (İrkutsk vilayəti) bazalarına köçürülüb. Bu təyyarələri qorumaq üçün zənit raket kompleksləri yerləşdirilib. Lakin son hücum daha kiçik və sadə dronlarla həyata keçirilib ki, onlara qarşı ağır zenit silahlarından istifadə etmək səmərəsizdir.

İtkilər hələ dəqiq hesablanmasa da, onların bərpası mümkünsüzdür. Müasir Rusiyada strateji bombardmançı təyyarələrin istehsalı mümkün deyil. İstifadədə olan hava texnikası əsasən sovet dövründən qalıb, qismən modernləşdirilsə də, tez-tez sıradan çıxır. İndi isə bu köhnə “Tuşka”lar – Tu-95 və Tu-160 – ciddi şəkildə sıradan çıxarılıb. NATO ilə müharibə üçün nəzərdə tutulan, nüvə daşımaq qabiliyyətində olan bu bombardmançılar, nüvə silahı olmayan bir ölkənin – Ukraynanın – ucuz, lakin effektiv texnologiyası ilə məhv edilib.

ABŞ Pearl Harbor zərbəsindən sonra güclənib qalib gəldi, amma Rusiya fərqli trayektoriyadadır. Müharibənin dördüncü ilində aydındır ki, Rusiya ordusu artıq potensialının zirvəsini keçib. Kadr, resurs və texniki ehtiyatların azalması fonunda Vladimir Putin müharibəni bitirmək üçün təklif edilən fürsətlərdən imtina edir – xüsusən Donald Trampın vasitəçi olmaq niyyətinə baxmayaraq.

Müharibənin yaxın vaxtlarda bitəcəyi ilə bağlı ümidlər getdikcə puç olur. Əksinə, qarşıdurma yeni mərhələyə – qarşılıqlı qəzəb və intiqam mərhələsinə qədəm qoyur. Ukrayna isə bu mübarizədə NATO-nun belə malik olmadığı döyüş təcrübəsi və texniki innovasiyalar nümayiş etdirir. Artıq Qərbdə də getdikcə daha çox səslənən fikir budur: Ukrayna NATO üçün daha dəyərlidir, nəinki NATO Ukrayna üçün. Trampın tez-tez təkrar etdiyi “Zelenskinin kartları yoxdur” fikri isə getdikcə daha mənasız, hətta qorxaqcasına səslənir.

Mənbə: https://haqqin.az/news/349958

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri