Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Aİyə üzvlük haylar üçün “hörümçək toru”

Aİyə üzvlük haylar üçün “hörümçək toru”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paşinyan eyni vaxtda bir neçə stulda əyləşmək vərdişindən əl çəkmək istəmir 

Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi 2024-cü il aprelin 5-də üçtərəfli Brüssel görüşündən sonra intensivləşən təmasların davamı sayılmalıdır. Əslində, ortaya atılan qanun layihəsi reallaşa biləcək addım sayılmamalıdır. Bu, sadəcə olaraq, Ermənistanın Avrasiya strukturlarında əməkdaşlığı dərinləşdirmək planlarına dair Moskvaya göndərdiyi ismarıc hesab edilə bilər. Bunun sifarişinin İrəvana Qərbdən verildiyinə şübhə yeri yoxdur. Haypərəst Avropa Rusiyaya sübut etməyə çalışır ki, İrəvan xarici siyasət vektorunu dəyişməkdə israrlıdır. 
Məqsəd çoxdan bəllidir: Ermənistanı Rusiyanın qucağından birdəfəlik düşürmək, Kremlin regiondakı hərbi-siyasi təsirini sıfıra endirmək. Əslində, indiki məqamda Ermənistan Qərblə Rusiya qarşıdurmasında təzyiq aləti olmağı boynuna götürən bir miskin rolu icra edir. “Kollektiv Qərb”in diktəsi ilə oturub-durmağa alışan erməni siyasi elitası başa düşmür ki, Aİ-yə üz tutmaq, söhbət hələ tam üzvlükdən yox, namizədlik statusundan gedir, yaxın 50 ildə ya reallaşar, ya da reallaşmaz. Əvəzində isə gəlir mənbəyinə çevrilmiş Rusiya kimi partnyoru ilə münasibətlər tamamilə korlana bilər. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə üzülüşmək Ermənistana, doğrudan da, qaranlıq perspektivdən başqa heç nə vəd eləmir...
Hökumətin əsaslandırmasına görə, təşəbbüsün təsdiqi “Ermənistan Respublikası vətəndaşlarının Avropa İttifaqının tamhüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini reallaşdıracaq” və eyni zamanda, bu məsələnin müzakirəsi üçün iş mühiti yaradacaq. Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, ölkənin Aİ-yə daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər. “Lakin onu da qeyd etməliyik ki, referendumdan əvvəl biz müəyyən tədbirlər görməli, Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”, – deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, ötən ilin sentyabrında Ermənistan və Aİ arasında vizasız rejimlə bağlı razılıq əldə edildi. Ermənistan vətəndaşlarının Aİ ölkələrinə qısamüddətli səfərləri üçün vizaların qeydinin şərti ölkənin sərhəd nəzarəti, miqrasiya və korrupsiya ilə mübarizə sahələrində “əhəmiyyətli islahatlar” həyata keçirməsi olub.
Maraqlı prosesdir, amma ortaya suallar çıxır: ümumxalq səsverməsində erməni xalqı Aİ-yə üzvlüyə üstünlük versə belə, bu, özlüyündə rəsmi Brüsseli qane edəcəkmi? Bəs Ermənistanın düşdüyü siyasi və iqtisadi vəziyyəti nəzərə alsaq, ümumiyyətlə, onun Aİ-yə daxil olması realdırmı? 
Mövzu ilə bağlı XQ ilə fikirlərini bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin sözlərinə görə, Avropa İttifaqı ilə bağlı Paşinyan komandasının müəyyən planları var: “Rəsmi İrəvan bu planları mərhələ-mərhələ həyata keçirmək istəyir. Amma onu da deməliyik ki, Paşinyan yenə də eyni zamanda bir neçə stulda oturmağa çalışır. Yəni, həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri inkişaf etdirmək barədə düşünür. Amma, bu, alınmayacaq. İrəvan mütləq seçim etməlidir. İndi müşahidə etdiyimiz hərəkətlər – referendumun keçirilməsi kimi addımlar, bir növ, sınaqdır. Bu addımın mümkün nəticələri, yaxud Rusiyanın Ermənistana nə edə biləcəyi ilə bağlı “kəşfiyyat fəaliyyəti” də ola bilər. Belə məqamda Ermənistanın Aİ-yə üzvlüyi istiqamətində prosesin sürətlə gedəcəyinə inanmırıq. Diqqət yetirin: İrəvan KTMT-nin toplantılarına qatılmasa da, birgə təlimlərində iştirak etməsə də, rəsmi olaraq, bu qurumdan çıxmayıb. Sadəcə olaraq, fəaliyyətini dondurub. Bəlkə Paşinyan vəziyyətin dəyişəcəyi məqamı, iki stulda əyləşməyin “perspektivini” gözləyir? Hazırda Aİ-nin genişlənməsi prosesinə bu quruma üzv ölkələrin əksəriyyəti ehtiyatlı yanaşır. Fəqət, Qafqazın xristian dövlətinin Avropa qurumuna daxil olması arzusu Brüsseldə, Parisdə, eləcə də qitənin digər paytaxt şəhərlərində mövcuddur. Ermənistan baş nazirinin ətrafındakı şəxslər, cəmiyyətin gənc təbəqəsi arasında da bu arzu ilə yaşayanlar az deyil. 
Moskvanın Paşinyanın bu təşəbbüsünə reaksiyasına gəlincə, artıq bunu müşahidə edirik. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bir ölkə eyni vaxtda iki qurumda – Aİ və Aİİ-də təmsil oluna bilməz. O, bu qurumların bir-birinə zidd olduğunu İrəvanın nəzərinə çatdırıb. Aİ-yə üzvlüyün Ermənistanın daxilində bahalaşma və bu kimi mənfi halların yaranmasına səbəb olacağı şəksizdir”.           
***
Məsələyə konkret günün reallığı rakursundan yanaşsaq, rəsmi İrəvanın Aİ çalışmalarına baş vurması təsadüfi görünməməlidir. Burada Azərbaycan Prezidentinin yanvarın 7-də yerli telekanallara müsahibəsində həm Ermənistana, həm də onun avropalı havadarlarına göndərdiyi kifayət qədər sərt və arqumentli ismarıcların da müəyyən rolu olub. İndi biz Paşinyanın yenə iki stul üzərində “rəqsetmə” cəhdlərinə tamaşa edirik. Tablo heç də ürəkaçan deyil. O, peşəkar rəqqas deyil, nəsə ona mane olur. Maraqlıdır ki, onun bu “rəqqas fəndləri” təkcə Azərbaycanda deyil, Ermənistanda da ironik qarşılanır. Beləliklə, Paşinyan qərar verməli olacaq: ya Azərbaycanın tələbləriini tam yerinə yetirərək sülh sazişini imzalayır, ya da Bakı regionda sülhün bərqərar olması üçün lazım bildiyini edir.
Siyasi icmalçı Fərhad Məmmədovun mövzu ilə bağlı fikirləri də maraqlı oldu: “Ermənistan parlamentində təmsil olunmayan üç siyasi partiya tərəfindən 50 min imzanın toplanmasından sora irəli sürülən məlum qanun layihəsinə hökumət müsbət yanaşdı. İndi parlamentdə müzakirəsini gözləyən layihə sonda səsvermə ilə qəbul oluna bilər. Bu təşəbbüsü Ermənistanın Avropa İttifaqına daxil olması üçün niyyəti, yaxud qarşısına qoyduğu öhdəlik kimi qəbul edilir. Nəzərə almaq lazımdır ki, Aİ və Ermənistan arasında hələ Serj Sarkisyanın rəhbərliyi dövründə əməkdaşlıq müqaviləsi imzalanıb. Ötən ilin yayında isə daha da genişləndirilmiş bir müqavilənin imzalanması gözlənilirdi, amma bugünədək ortada heç bir müqavilə yoxdur. Bu yolda ən böyük əngəl Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olmasıdır. İnstitusional olaraq, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanla birlikdə Ermənistan həm də Gömrük İttifaqının üzvüdür. Bu vəziyyətdə əgər rəsmi İrəvan hansısa yeni iqtisadi birliyə üzv olmaqdan ötrü əvvəlki ittifaqdan çıxmalıdır. Aydın məsələdir ki, Aİİ-nin tərkibindəki Ermənistan Aİ-yə üzvlüklə bağlı bu qurumla qarşılıqlı razılaşma əsasında hansısa yol xəritəsini reallaşdıra bilər. Lakin irəlidə maraqların toqquşacağı mərhələdə İrəvan Aİİ-ni tərk etməyə məcbur olacaq. 
Rusiya bu məsələyə baş nazirin müavini səviyyəsində verdiyi reaksiyada birmənalı şəkildə bilidirdi ki, Ermənistan parlamentinin yeni qanunu qəbul etməsi bu ölkənin Aİİ-dən çıxması istiqamətində atdığı ilk addım hesab olunacaq. Çünki Ermənistan bu addımı atlmaqla özü öz üzərinə öhdəlik götürmüş olacaq. Bu təqdirdə Moskva da adekvat addımlar atmaq barədə düşünəcək. Bəli, Kreml Aİİ-nin üzvü ola-ola, həm də Aİ-yə üzvlüklə bağlı planlarını rahat şəkildə həyata keçirsin. Və bu zaman İrəvana qarşı əlindəki bütün iqtisadi rıçaqlardan istifadə edəcək”.             
Hadisələrin yerli ekspertlərin dediyi şəkildə inkişafı Ermənistanın bölgədə təklənməsi ilə nəticələnə bilər. Prosesin başlanğıcında Paşinyan hökuməti və erməni xalqı fikirləşəcək ki, onların arxasında Qərb dayanıb. İntəhası, biz “kollektiv Qərb”in taktikasını çox yaxşı bələdik. O, yenə Ermənistandan “birdəfəlik burun dəsmalı” kimi istifadə edib, sonra kənara atacaq. Yəni, Ermənistandan öz məqsədləri üçün istifadə edəcək. Son nəticədə haylar onları sülhə dəvət edən qonşuları ilə yeni düşmənçilik zolağına düşmək təhlükəsi ilə üzləşəcəklər. Bu, heç də ehtimal və proqnoz yox, reallıqdır. 
***
“Ermənistanın gələcəyi heç də “Aİ-yə daxil olmaq” deyilən psevdoməqsədə bağlı deyil. Onun gələcəyi Azərbaycanla, Türkiyə və Rusiya ilə əməkdaşlıqda sülh müqaviləsi bağlamaqdan asılıdır. Unutmayaq ki, Ermənistan Aİİ-nin üzvüdür və bu hal çətin ki, onun Avropaya inteqrasiya perspektivlərinə müsbət təsir göstərsin”. Bu fikirlərin müəllifi, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun elmi işçisi, tarix elmləri doktoru, politoloq Mehmet Perinçek hesab  edir ki, bu, Ermənistan üçün böyük tələdir: “Biz türklər Aİ-yə üzvlük prosesinin nə demək olduğunu yaxşı bilirik. Qərb dövlətləri Türkiyənin Qərb dünyasının qapılarından uzaqlaşmamasına və Avrasiyadakı həqiqi dostları, tərəfdaşları ilə yaxınlaşmamasınaçalışırlar. Digər tərəfdən isə heç vaxt onu Aİ-yə qəbul etməyəcəklərinə əmindirlər. Ermənistanla da vəziyyət eynidir. Belə zəif iqtisadiyyatı, sonsuz siyasi böhranla Aİ Ermənistanı heç vaxt üzvlüyə qəbul etməyəcək. Məqsəd başqadır. Onlar Ermənistanı region ölkələri ilə əlaqələrdən, birliklərdən qoparmaq istəyirlər. Çünki  çox gözəl görürlər ki, indi Cənubi Qafqazda yeni regional təşəbbüslər, “3+3” platforması var və region ölkələri özləri öz problemlərini həll edirlər. İkinci Qarabağ müharibəsindən sonra bölgədə həm əməkdaşlığa, həm də davamlı sülhə münbit zəmin yaranıb. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ehtimalı böyükdür. Bütün bunlar isə Qərbin planlarına mane olur. Buna görə də bölgədə xaos, daimi münaqişələr yaratmaq istəyirlər. Bunun üçün onlara tramplin lazımdır və tramplin kimi ən əlverişli ölkə Ermənistandır”.
Türk politoloqa görə, bu proses zamanı Qərb Aİ-yə daxil olmaq üçün İrəvanın qarşısında yeni şərtlər qoyacaq və bu yolla Ermənistanın suverenliyini məhv edəcək: “Onlar Ermənistanın gücünə tam nəzarət edəcəklər. Bu, Ermənistanın tamamilə suverensizləşdirilməsi prosesidir. Həm də təkcə Paşinyan iqtidarı üçün deyil, erməni xalqı üçün böyük tələdir. Bu proses Ermənistanı qonşularından təcrid vəziyyətinə salacaq. Çünki, o, digər ittifaqlardan - iqtisadi və ya hərbi ittifaqlardan uzaqlaşmalı olacaq”.
***
Beləliklə, burada böyük siyasi oyunun konturları görünməkdədir. Yəni, Ermənistan əhalisi üçün illüziya yaradan uzunmüddətli hədəf var. Nikol Paşinyan və komandasının təmsil olunduğu hakimiyyət bundan hər cür yararlanmağa çalışır. 
İrəvanın bu qərarına Moskvadan sərt reaksiya veriləcəyi təbii idi. Rusiya Prezidentinin mətbuat katibi Peskov bunun Ermənistanın suveren hüququ olduğunu bildirsə də, bu zaman Avrasiya İqtisadi İttifaqının (Aİİ) mövqeyinin mütləq nəzərə alınmalı olduğunu vurğulayıb. O, Aİİ-yə üzvlüyün erməni xalqına müsbət dividendlər gətirdiyini xatırladaraq, “amma Ermənistan, eyni zamanda, həm Aİİ-nin, həm də Aİ-nin üzvü ola bilməz” – deyə qeyd edib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da mövzuya toxunaraq bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqına daxil olmasının müzakirəsini Aİİ-dən çıxışın başlanğıcı kimi qiymətləndirir. Kreml iqtisadi siyasətini Ermənistanla bu şəraiti nəzərə alaraq quracaq.
Əgər Ermənistan iqtisadiyyatının əsas rıçaqlarının Moskvanın əlində cəmləşdiyini nəzərə alsaq, A.Overçukun açıqlaması açıq-aşkar təhdid kimi qəbul edilməlidir. Çünki Ermənistan Aİİ-dən çıxdığı və Aİ ilə münasibətlər qurduğu halda daxili bazarda, ilk növbədə, enerji və ərzağın qiymətlərinin kəskin bahalacağı birmənalıdır.
Mövzuya yekun olaraq onu demək olar ki, Aİ-yə üzvlük iddiasını irəli sürən İrəvan Kremlin təbii qəzəbi ilə üzləşmək perspektivi ilə yanaşı, bölgədə maraqlarını güdən Qərblə kəllə-kəlləyə gələn İran amilini də unutmamalıdır. Ermənistanın hələlik etibarlı tərəfdaşı hesab olunan Tehranın onun Aİ-yə üzvlüyünə heç də isti yanaşmaması gizli deyil. Deyəsən, Nikol Paşinyan Avropanın xaçpərəst qurumunun “hörümçək toru”na tərəf atdığı addımların əks-təsirlərini və mümkün fəsadlarını düşünmədən hərəkət edir və Hayastanı daha dərin uçuruma sürükləyir…

İmran BƏDİRXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see418

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see338

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see272

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see268

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see266

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see259

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see252

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see250

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see246

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see242

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see229

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see229

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see217

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see212

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see209

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see208

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see199

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri