Putin üçün Xüsusi Tribunal: komitə yaradılacaq
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Aİ-nin 38 üzv ölkəsi Genişləndirilmiş Qismən Sazişə qoşulmaq niyyətlərini açıqlayıb
Bolqarıstan, Macarıstan və Slovakiya istisna olmaqla, bütün Avropa İttifaqı (Aİ) üzv dövlətləri Ukraynaya qarşı Rusiyanın təcavüzü cinayəti ilə bağlı Xüsusi Tribunal üçün idarəetmə komitəsi yaratmaq məqsədilə Genişləndirilmiş Qismən Sazişə qoşulmaq niyyətlərini açıqlayıblar. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Lüksemburqda Aİ Ədliyyə və Daxili İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Aİ Ədliyyə Komissarı Mayk Makqrat deyib.
Makqrat qeyd edib ki, Ukraynaya qarşı təcavüz cinayəti üçün Xüsusi Tribunalın yaradılması iclasın gündəliyindəki əsas məsələlərdən biri olub.
O, bildirib ki, Rusiyanı "Ukraynada və ona qarşı törədilən dəhşətli cinayətlərə görə məsuliyyətə cəlb etmək" zərurəti son həftələr və aylarda Rusiya Federasiyasının Ukrayna mülki əhalisinə qarşı qəddar hücumlarının artması nəzərə alınmaqla xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, "Avropa Komissiyasının mümkün qədər tez bir zamanda Putin üçün Xüsusi Tribunal haqqında Genişləndirilmiş Qismən Saziş bağlaması son dərəcə vacibdir".
Makqrat xatırladıb ki, Avropa Şurasının Nazirlər Komitəsi bu ilin may ayında Xüsusi Tribunal haqqında Genişləndirilmiş Qismən Sazişi bağlamaq qərarına gəldikdən bəri, Bolqarıstan, Macarıstan və Slovakiya istisna olmaqla, bütün Aİ üzv dövlətləri də daxil olmaqla, 38 ölkə qoşulmaq niyyətini bildirib.
Komissar qeyd edib ki, Avropa Komissiyası bütün Aİ milli hökumətlərini Genişləndirilmiş Qismən Sazişə qoşulmağa çağırmağa davam edir.
Makqratın sözlərinə görə, Genişləndirilmiş Qismən Sazişdə iştirak edən potensial ölkələrin "Xüsusi Tribunalın həyata keçirəcəyi işin son dərəcə həssas təbiətini nəzərə alaraq, onun fəaliyyəti ilə bağlı potensial xərcləri anlamaqda, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etməkdə maraqlı olması" başa düşüləndir.
Komissar bildirib ki, bu məlumat bu ilin iyul ayında Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunala ev sahibliyi etmək istəyini bildirən Niderland hökuməti tərəfindən təqdim edilməlidir.
"Hollandiya tərəfindən bu məsələdə Avropa Şurası ilə əməkdaşlıq etdikləri barədə təsdiq aldıq", - deyə bildirib.
Baxış sayı:120
Bu xəbər 03 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















