“Putin Ukrayna ilə münaqişəni həll etməsə bu, onun üçün pis olacaq” Tramp
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Ukrayna ilə münaqişəni həll etməsə, bu onun üçün pis başa çatacaq.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Ağ Ev rəhbəri hesab edir ki, Rusiya Prezidenti gərgin vəziyyəti həll edə bilsəydi, əla görünərdi.
"Düşünürəm ki, o, bunu həll edəcək. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər həll etmsə, bu onun üçün pis başa çatacaq", - Tramp deyib.
ABŞ Prezidenti, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə "Tomahawk" raketlərinin Kiyevə verilməsi imkanlarını güman edir. Trampın sözlərinə görə, o, Putinlə bu mövzuda danışa bilər.
Qeyd edək ki, öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski də Ağ Ev rəhbərinin hələ "Tomahawk"ın tədarükü ilə bağlı qərar vermədiyini bildirib. Ukrayna lideri amerikalı həmkarının qərarını gözləyir, Kiyev isə raket tədarükü üzərində çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Oktyabr 2025 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















