Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Tramp Putin anlaşması Ukrayna üçün hansı qərar hazırlanır?

Tramp Putin anlaşması Ukrayna üçün hansı qərar hazırlanır?

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Birləşmiş Ştatların Moskva və Kiyev arasında diplomatik xətti yenidən hərəkətə gətirməsi Ukrayna müharibəsinin taleyi ilə bağlı yeni suallar yaradıb. İntensivləşən diplomatik təmasların ardınca ABŞ rəhbəri Donald Tramp və Kreml sahibi Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığı prosesə əlavə siyasi çalarlar qatıb. Tramp müharibənin mümkün qədər tez başa çatmasını və bunun ardınca ABŞ-Rusiya münasibətlərinin bərpasını istədiyini bildirib. Putin də Vaşinqtonun sülh səylərini müsbət dəyərləndirib. Ancaq bütün bunların fonunda cəbhədə döyüşlərin davam etməsi, Kiyevin yeni hava hücumundan müdafiə sistemləri tələb etməsi və Moskva ilə Kiyev arasında ərazi və təhlükəsizlik məsələlərində dərin fikir ayrılıqlarının qalması göstərir ki, diplomatik nikbinlik hələ real sülh demək deyil.

Tramp-Putin dialoqu Ukrayna müharibəsinin sonuna aparan yolun başlanğıcıdır? Putin güzəştə gedəcəkmi? Zelenski ABŞ-ın yeni təkliflərini qəbul edəcəkmi?


Siyasi şərhçi Azər Hüseynov Musavat.com-da prosesləri bu cür şərh etdi: "Hələ savaş yeni başladığı zaman dəfələrlə ifadə etmişdim ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə uzandıqca Qərb müəyyən mərhələdə Ukraynanı çox çətin vəziyyətdə qoyacaq. Çünki zaman keçdikcə Qərbin özünün də ciddi regional problemləri meydana çıxır. Bu gün xüsusilə ABŞ-ın İranla arasında yaşanan ciddi hərbi qarşıdurma diqqəti və resursları başqa istiqamətlərə yönəldir. Münaqişə müəyyən qədər səngisə belə, onun yaratdığı siyasi və hərbi təsirlər davam edir. Bu baxımdan Ukraynanın müəyyən güzəştlərə vadar edilməsi istiqamətində fəaliyyətlərin artıq ortada olduğunu düşünürəm. Hazırda ABŞ vasitəçilərinin həm Moskva, həm də Kiyevlə danışıqlar aparması da bunu göstərir. Lakin son görüşlərdə hələlik konkret nəticə əldə olunmayıb və tərəflər xüsusilə ərazi məsələsində ciddi şəkildə ayrılırlar. Hesab edirəm ki, Ukraynada hansı hakimiyyətin olmasından asılı olmayaraq, ölkənin ərazi itkilərini rəsmi şəkildə qəbul etməsi olduqca çətin olacaq. Çünki belə bir qərar həmin hakimiyyətin tarixə çox ağır şəkildə düşməsinə səbəb ola bilər. Bu səbəbdən Ukrayna rəhbərliyinin ciddi ərazi güzəştlərinə razılıq verməsi daxili siyasi baxımdan da böyük risk daşıyır. Ona görə də danışıqların davam edəcəyini düşünürəm".

Ekspert dedi ki, ancaq bu danışıqların ilkin mərhələdə daha çox münaqişənin gərginliyini azaltmağa, müəyyən humanitar və hərbi məsələlər üzrə razılaşmalar əldə etməyə xidmət etməsi mümkündür: "Yəni tərəflərin görüşməsi hələ müharibənin köklü şəkildə başa çatacağı anlamına gəlmir. Hazırkı vəziyyətdə mən danışıqların yaxın perspektivdə fundamental siyasi razılaşmaya gətirib çıxaracağına dair böyük ümid görmürəm. Əksinə, daha real görünən ssenari əvvəlcə müəyyən atəşkəs və gərginliyin azaldılması mexanizmlərinin formalaşdırılması, daha sonra isə əsas siyasi və ərazi məsələlərinin müzakirəsinin davam etdirilməsidir. Çünki bu münaqişədə əsas problem təkcə döyüşlərin dayandırılması deyil. Əsas məsələ ondan ibarətdir ki, Rusiya öz təhlükəsizlik və ərazi tələblərindən, Ukrayna isə ərazi bütövlüyü və təhlükəsizlik məsələsində mövqeyindən nə dərəcədə geri çəkiləcək. Hazırda məhz bu məsələlər üzrə tərəflər arasında ciddi fikir ayrılığı qalır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri