Putin: “Ukrayna zərbələri əhəmiyyətli dərəcədə azaldıb”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə, o cümlədən Moskvaya endirilən zərbələrin sayını əhəmiyyətli dərəcədə azaldıb.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ liderinin nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.
"Qeyd etmək istəyirəm ki, Ukrayna tərəfi də Rusiya Federasiyası ərazisinə, o cümlədən Moskvaya zərbələri əhəmiyyətli dərəcədə — bir neçə dəfə azaldıb", — deyə Rusiya lideri görüş zamanı vurğulayıb.
Putinin bu bəyanatı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşnerin Rusiyaya səfəri ilə əlaqədar Kiyev və Moskvaya zərbələrin müvəqqəti dayandırılması fonunda səslənib.
Qeyd edək ki, ABŞ liderinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Rusiyaya səfər ediblər. Daha sonra onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə yollanacaqlar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Sentyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















