Icma.az
close
up
RU
Putin Papa ilə danışdı Rusiya Ukraynada ədalətli sülh istəyir

Putin Papa ilə danışdı Rusiya Ukraynada ədalətli sülh istəyir

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. Bu, yeni pontifiklə ilk telefon danışığı olub.

Kremlin yaydığı açıqlamaya görə, Putin telefon danışığı zamanı Kiyev rejiminin Rusiya ərazisindəki mülki infrastruktur obyektlərinə qarşı diversiya fəaliyyətlərini ön plana çəkib.

“Ukrayna tərəfindən son günlərdə mülki əhaliyə qarşı həyata keçirilən qəsdən və məqsədyönlü hücum beynəlxalq hüquqa görə açıq şəkildə terrorizm kimi qiymətləndirilir”, – deyə Kremlin bəyanatında bildirilib.

Telefon danışığı zamanı Putin həmçinin Ukrayna ilə İstanbulda əldə olunan əsir və həlak olanların cəsədlərinin dəyişdirilməsinə dair razılaşmalar barədə Papa Leoya məlumat verib.

“Qeyd olunub ki, Rusiya tərəfi uşaqların ailələri ilə birləşdirilməsi üçün mümkün olan bütün addımları atır”, – deyə Rusiya Prezidentinin Mətbuat xidməti vurğulayıb.

Putin həmçinin Ukraynada sülhün əldə olunması istiqamətində göstərdiyi yardım hazırlığına görə Papaya təşəkkür edib.

“Papa Leoya Ukrayna böhranının həllinə yardım etməyə, xüsusilə humanitar məsələlərin siyasiləşdirilmədən həllinə Vatikanın töhfə verməyə hazır olduğuna görə minnətdarlıq ifadə olunub”, – deyə Kremlin açıqlamasında qeyd olunub, – “Ukrayna ilə bağlı fikir mübadiləsi zamanı

Vladimir Putin böhranın siyasi-diplomatik yolla həllində maraqlı olduğunu təsdiqləyib və bildirib ki, ədalətli və hərtərəfli sülh üçün onun əsas səbəbləri aradan qaldırılmalıdır”.

Tərəflər gələcəkdə də əlaqələri davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, Rusiya Prezidenti sonuncu dəfə dekabrın 2021-də Papa Fransisklə telefonla danışmışdı. Həmin vaxt Putin onu 85 illik yubileyi münasibətilə təbrik etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri