Icma.az
close
up
RU
“Putin Ukraynadakı hədəflərini dəyişib” “ABŞ nin təzyiqi onu çətin duruma salıb”

“Putin Ukraynadakı hədəflərini dəyişib” “ABŞ nin təzyiqi onu çətin duruma salıb”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərb kəşfiyyatı hesab edir ki, Vladimir Putin Ukraynaya qarşı müharibədə öz hədəflərinə düzəliş edib. Belə ki, indi o, ələ keçirdiyi əraziləri saxlamaq və Rusiya iqtisadiyyatını sabitləşdirmək kimi qısamüddətli hədəflərə köklənib.

“AzPolitika” xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

Nəşrin kəşfiyyat məlumatlarına çıxışı olan mənbələrinə görə, Putin diqqətini işğal olunmuş ərazilərə nəzarəti gücləndirməyə və ciddi çətinliklərlə üzləşən Rusiya iqtisadiyyatını dəstəkləməyə yönəldib. Bu, Putinin öz resurslarına və Ukraynanın zəifləməsinə arxalanaraq uzun sürən müharibə vasitəsilə Ukraynanın bütün ərazisini ələ keçirmək üçün can atdığına inanan Qərb kəşfiyyat orqanlarının əvvəlki qiymətləndirmələrindən fərqlənir.

İki ABŞ mənbəyi bildirib ki, Putinin hədəf dəyişikliyi Rusiya liderinin indi sülh sazişi üzrə danışıqlara daha çox hazır olduğuna inanan Tramp administrasiyasının maraqlarına uyğundur. Lakin ABŞ-nin yüksək rütbəli rəsmiləri Putinə və danışıqlarda onun sülh sazişi əldə etmək istədiyi barədə dəfələrlə verdiyi bəyanatlara şübhə ilə yanaşırlar.

CNN onu da vurğulayır ki, Rusiya sülhə razı olsa belə, gələcəkdə Ukraynanın daha çox ərazisini ələ keçirmək məqsədi ilə müharibənin yenidən başlaması riski var. Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi deyib: “Putin ağlabatan qısamüddətli məqsədlər haqqında düşünür. Yeni sanksiyalarla hədələyən Tramp administrasiyasının təzyiqi və Rusiyanın iqtisadi çətinlikləri Putini çətin duruma salıb”.

2025-ci ilin əvvəlində ABŞ kəşfiyyatı Trampın müşavirlərinə xəbərdarlıq etmişdi ki, Ukraynaya nəzarət Putinin prioriteti olaraq qalır və o, danışıqlardakı tələskənlikdən öz məqsədlərinə çatmaq üçün istifadə edə bilər. Kreml ümid edir ki, ABŞ ilə münasibətlərin yaxşılaşması taktiki fasilə üçün vaxt qazandıracaq. Bir müddət sonra isə Rusiya Ukraynada və onun hüdudlarından kənarda uzunmüddətli ambisiyalarını həyata keçirmək üçün hərbi, iqtisadi və siyasi vasitələrdən istifadə edə bilər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri