Putin Ukraynadakı vəziyyəti çətin adlandırdı
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreml lideri Vladimir Putin ABŞ səfirləri Stiv Vitkov və Cared Kuşnerlə danışıqların əvvəlində Ukraynadakı vəziyyəti "çətin" adlandırıb. Reuters agentliyinin Kremlə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, diktator həmçinin ABŞ prezidenti Donald Trampı "müharibənin həlli səylərinə görə" tərifləyib. Kreml lideri həmçinin ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq səylərini "yüksək qiymətləndirib".
Mənbə bildirib ki, "O, çətin vəziyyətdə olduğunu başa düşsə də, Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək və nizamlanmanı asanlaşdırmaq üçün səylərini davam etdirir".
Trampın elçilərinin mümkün səfəri barədə xəbərlər yayılmazdan əvvəl belə, Reuters agentliyinin mənbəyi Putinin hələ də Ukraynada daha çox ərazini ələ keçirmək niyyətində olduğunu bildirib.
Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Vitkov və Kuşner Kiyevdəki təmasları zamanı Putinin müharibənin həlli yolları ilə bağlı qiymətləndirmələrindən istifadə edəcəklərinə söz veriblər.
VƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Sentyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















