Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Putin üzərində gəzdirdiyi xaçın sirri

Putin üzərində gəzdirdiyi xaçın sirri

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vladimir Putinin Pasxa münasibətilə Ukrayna müharibəsində atəşkəs elan etməsi, ötən gecə Moskvadakı dini ayinə qatılması Rusiya prezidentinin dinə bağlılığı mövzusunu yenidən gündəmə gətirib. 

Ölkə.az xəbər verir ki, Putinin hakimiyyəti dövründə onun dini baxışları ilə bağlı müxtəlif iddialar səslənib.

Kremlin dəstəkçi mediası və pravoslav dairələr Rusiya prezidentinin dinə bağlı olduğu haqda çox yazıb.

Putinin kilsə xadimləri qarşısında çıxışlarını təhlil edənlər o qənaətdədirlər ki, Rusiya prezidentində də çarlıq dövründəki sələfləri kimi kilsədən siyasi məqsədlərlə istifadə etmək niyyətləri daha qabarıq görünür. Putin ilk dəfə 2018-ci il prezident seçkiləri öncəsi kilsənin cəmiyyətdəki rolu ilə bağlı öz fikrini açıq şəkildə ifadə edib.

Prezidentin fikrincə, kilsə kifayət qədər utilitar funksiyalara malikdir və dövlətdə "sabitlik və birliyi" qorumağa kömək etməlidir. O hesab edir ki, xüsusilə Almaniyanın SSRİ-yə hücumu zamanı kilsə əsgərləri ruhlandırmaq üçün ciddi işlər görüb. “O zaman bütün kilsələrdə dualar edilirdi. Rus Pravoslav Kilsəsi, digər dini qurumların nümayəndələri cəbhənin ehtiyacları üçün vəsait toplayıblar”, - prezident din xadimləri qarşısındakı çıxışlarının birində deyib.

Prezident inanır ki, əxlaqsızlıq təbliğ edən, həmcinslərin evlənməsini leqallaşdıran, ailə institutunu dağıdan Qərbə qarşı həm də kilsə dayanmalıdır.

Prezidentlə Rusiya patriarxı Kiril hazırda yaxşı anlaşırlar, Amma o da iddia olunur ki, Ukrayna müharibəsindən əvvəl -Donbasdakı münaqişə təzə başlayanda prezidentlə Patriarx arasında münasibətlər gərginləşib. Vladimir Putin Ukrayna hakimiyyətini tənqid edə biləcək kilsənin dəstəyi əhəmiyyətli təbliğat vasitəsi hesab edirdi. Lakin Kiril Ukrayna hakimiyyəti ilə münasibətləri korlamamaq xətti tutmaq istəyirdi. Çünki Ukrayna ərazisində Moskva Patriarxlığının Pravoslav Kilsəsi fəaliyyət göstərirdi ki, müharibə başlayandan sonra Zelenski hakimiyyəti orada “agent” kimi bir neçə nəfəri din xadimini həbs etdirib, kilsəyə nəzarəti isə “roskolniklərə”(Rusiyada kilsəni parçalayanlar belə adlanır)verib.

CNN telekanalının aparıcısı Lari Kinq bir neçə il əvvəl Putinlə müsahibəsində “sizin dini baxışlarınız haqqında çox danışılır. Mənə dedilər ki, xaç taxırsınız. Dindarsınız? Dinlə bağlı fikirləriniz necədir?” soruşmuşdu. Putinin cavabı isə belə olmuşdu:

“Bilirsiniz, mən bu mövzuda çox danışmamağa üstünlük verirəm. İnanıram ki, insanın özündə saxlamalı olduğu şeylər var. İnancı nümayiş etdirmək olmaz. Xaça gəlincə, mən onu əvvəllər heç vaxt taxmamışam. Amma ailəmlə İsrailə turist kimi gedəndə anam Müqəddəs Qəbirdən xeyir-dua almaq üçün mənə xaç verdi. Sankt-Peterburq yaxınlığında bir bağ evim var. Bir gün onun saunasında yanğın baş verdi. Saunaya girməzdən əvvəl xaçı çıxarmışdım. Yanğın başlayanda isə mən və yoldaşlarım, demək olar ki, özümüzü çılpaq çölə atdıq, çünki hər şey gözlənilmədən baş verdi. Deməliyəm ki, xaç mənim üçün çox əziz idi, çünki anamdan yadigar idi. Fikirləşirdim ki, sadə aliminiumdan hazırlanmış xaçın yanğında izi belə qalmaz. Amma bir işçi gəlib ovucunu açanda təəccübləndim. Ev tamamilə yanıb, amma xaça heç nə olmayıb. Bu heyrətamiz idi. İndi o xaçdan heç ayrılmıram”.//Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Aprel 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri