Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

Putin üzərində gəzdirdiyi xaçın sirri

Putin üzərində gəzdirdiyi xaçın sirri

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vladimir Putinin Pasxa münasibətilə Ukrayna müharibəsində atəşkəs elan etməsi, ötən gecə Moskvadakı dini ayinə qatılması Rusiya prezidentinin dinə bağlılığı mövzusunu yenidən gündəmə gətirib.

Bakıvaxtı.az xatırladır ki, Putinin hakimiyyəti dövründə onun dini baxışları ilə bağlı müxtəlif iddialar səslənib.

Kremlin dəstəkçi mediası və pravoslav dairələr Rusiya prezidentinin dinə bağlı olduğu haqda çox yazıb.

Putinin kilsə xadimləri qarşısında çıxışlarını təhlil edənlər o qənaətdədirlər ki, Rusiya prezidentində də çarlıq dövründəki sələfləri kimi kilsədən siyasi məqsədlərlə istifadə etmək niyyətləri daha qabarıq görünür. Putin ilk dəfə 2018-ci il prezident seçkiləri öncəsi kilsənin cəmiyyətdəki rolu ilə bağlı öz fikrini açıq şəkildə ifadə edib.

Prezidentin fikrincə, kilsə kifayət qədər utilitar funksiyalara malikdir və dövlətdə "sabitlik və birliyi" qorumağa kömək etməlidir. O hesab edir ki, xüsusilə Almaniyanın SSRİ-yə hücumu zamanı kilsə əsgərləri ruhlandırmaq üçün ciddi işlər görüb. “O zaman bütün kilsələrdə dualar edilirdi. Rus Pravoslav Kilsəsi, digər dini qurumların nümayəndələri cəbhənin ehtiyacları üçün vəsait toplayıblar”, - prezident din xadimləri qarşısındakı çıxışlarının birində deyib.

Prezident inanır ki, əxlaqsızlıq təbliğ edən, həmcinslərin evlənməsini leqallaşdıran, ailə institutunu dağıdan Qərbə qarşı həm də kilsə dayanmalıdır.

Prezidentlə Rusiya patriarxı Kiril hazırda yaxşı anlaşırlar, Amma o da iddia olunur ki, Ukrayna müharibəsindən əvvəl -Donbasdakı münaqişə təzə başlayanda prezidentlə Patriarx arasında münasibətlər gərginləşib. Vladimir Putin Ukrayna hakimiyyətini tənqid edə biləcək kilsənin dəstəyi əhəmiyyətli təbliğat vasitəsi hesab edirdi. Lakin Kiril Ukrayna hakimiyyəti ilə münasibətləri korlamamaq xətti tutmaq istəyirdi. Çünki Ukrayna ərazisində Moskva Patriarxlığının Pravoslav Kilsəsi fəaliyyət göstərirdi ki, müharibə başlayandan sonra Zelenski hakimiyyəti orada “agent” kimi bir neçə nəfəri din xadimini həbs etdirib, kilsəyə nəzarəti isə “roskolniklərə”(Rusiyada kilsəni parçalayanlar belə adlanır)verib.

CNN telekanalının aparıcısı Lari Kinq bir neçə il əvvəl Putinlə müsahibəsində “sizin dini baxışlarınız haqqında çox danışılır. Mənə dedilər ki, xaç taxırsınız. Dindarsınız? Dinlə bağlı fikirləriniz necədir?” soruşmuşdu. Putinin cavabı isə belə olmuşdu:

“Bilirsiniz, mən bu mövzuda çox danışmamağa üstünlük verirəm. İnanıram ki, insanın özündə saxlamalı olduğu şeylər var. İnancı nümayiş etdirmək olmaz. Xaça gəlincə, mən onu əvvəllər heç vaxt taxmamışam. Amma ailəmlə İsrailə turist kimi gedəndə anam Müqəddəs Qəbirdən xeyir-dua almaq üçün mənə xaç verdi. Sankt-Peterburq yaxınlığında bir bağ evim var. Bir gün onun saunasında yanğın baş verdi. Saunaya girməzdən əvvəl xaçı çıxarmışdım. Yanğın başlayanda isə mən və yoldaşlarım, demək olar ki, özümüzü çılpaq çölə atdıq, çünki hər şey gözlənilmədən baş verdi. Deməliyəm ki, xaç mənim üçün çox əziz idi, çünki anamdan yadigar idi. Fikirləşirdim ki, sadə aliminiumdan hazırlanmış xaçın yanğında izi belə qalmaz. Amma bir işçi gəlib ovucunu açanda təəccübləndim. Ev tamamilə yanıb, amma xaça heç nə olmayıb. Bu heyrətamiz idi. İndi o xaçdan heç ayrılmıram”./Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Aprel 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri