Putin və Cinpin: Tokio bundan dərs çıxarmalıdır
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin rəsmi Tokionu keçmişdə yol verilmiş tarixi səhvlərdən dərs çıxarmağa çağırıblar.
Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, liderlərin fikrincə, Yaponiya hakimiyyəti militarizmdən uzaq durmalı və bu istiqamətdə diqqətli siyasət aparmalıdır.
Bu barədə Rusiya Federasiyası və Çin Xalq Respublikasının Böyük Vətən Müharibəsində Sovet İttifaqının qələbəsinin 80 illiyi, Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində əldə etdiyi zəfər və BMT-nin yaradılmasının ildönümü münasibətilə qəbul etdikləri birgə bəyanatda bildirilir. Sənədin tam mətni Kremlin rəsmi saytında dərc olunub.
Bəyanatda qeyd olunur ki, Yaponiya rəhbərliyi Yasukuni ziyarətgahı və digər tarixi məqamlarla bağlı söz və hərəkətlərində ehtiyatlı olmalı, xalqı keçmişin militarist siyasətindən və onun doğurduğu acılardan uzaq tutmalıdır. Liderlər hesab edirlər ki, bu məsələ təkcə region üçün deyil, həm də dünya ictimaiyyəti üçün əhəmiyyətlidir.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 08 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















