Putin və Tramp görüşünə görə Alyaskada otel qiymətləri kəskin artdı
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankoricdə otel qiymətləri Putin və Trampın görüşü ərəfəsində kəskin bahalaşıb.
Milli.Az xəbər verir ki, RIA Novosti Booking.com-un məlumatına istinadən qiymətlərin demək olar ki, iki dəfə artdığını yazıb.
Avqustun 16-da "Hilton Anchorage" otelində bir gecəlik qalma qiyməti əvvəl 347 dollar olduğu halda indi 657 dollara yüksəlib. "Wyndham Garden Anchorage Airport" otelində qiymət 499 dollardan 609 dollara, "The Wildbirch Hotel in JdV by Hyatt"da isə 322 dollardan 547 dollara qalxıb. "Hampton Inn Anchorage" otelində isə qiymət 352 dollardan 616 dollara qədər bahalaşıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp görüşün avqustun 15-də Alyaskada keçiriləcəyini bəyan edib. Kreml də bu məlumatı təsdiqləyib və əsas mövzunun Ukraynada nizamlanma olacağını bildirib.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Avqust 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















