Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

PUTİN VURUR, TRAMP SUSUR... Dünyanı təhqir edən ABŞ Prezidentindən daha nə gözləmək olar?

PUTİN VURUR, TRAMP SUSUR... Dünyanı təhqir edən ABŞ Prezidentindən daha nə gözləmək olar?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu, Kreml başçısının növbəti dəfə ABŞ Prezidenti sayılan şəxsi barmağına doladığını bir daha təsdiqlədi...

Rusiyanın daha bir hərbi cinayəti – Ukraynanın Sumı şəhərinin mərkəzinə dünən endirdiyi raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 34 nəfər həlak olub. Raketlər şəhərin tam mərkəzinə, dinc əhalinin sıx olduğu əraziyə atılıb. İkinci raket isə, birinci partlayışdan sonra hadisə yerinə toplaşan insanların hədəfə alınması məqsədilə göndərilib. Bu üsuldan adətən terrorçular istifadə edir...

Bundan bir neçə gün əvvəl eyni üsulla Krıvoy Roq şəhəri vurulmuş, orada 18 dinc sakin, o cümlədən 9 uşaq həyatını itirmişdi.

Bütün bunlar baş verərkən, Ukraynanı ümidləndirib ortada qoyan ABŞ özünü heç nə baş verməmiş kimi aparır. ABŞ Dövlət katibi Mark Rubionun bu qanlı terror aktına reaksiyası sadəcə bu olub: “Bu, Prezident Tramp və onun administrasiyasının bu müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün niyə bu qədər vaxt və səy sərf etdiklərinin faciəvi bir xatırlatmasıdır”. Vəssalam!

Trampın xüsusi nümayəndələrindən biri – Ukraynanın, İkinci Dünya müharibəsindən sonra Berlinin bölüşdürüldüyü kimi, bölüşdürülməsini təklif edən Keyt Kelloq isə sadəcə “Rusiya bütün ədəb xətlərini keçib” deməklə kifayətlənib. Yəni, Rusiya hərbi cinayət, qətliam törətmir, sadəcə “ədəbsizlik edir”...

Tramp özü isə həmin gün özünə aid qolf klubunda onun heykəlinin açılışına qatılıb...

Nəhayət, onu Sumıdakı qətliam barədə suallarla sıxışdıran jurnalistlərə Trampın cavabı belə olub: bunu edənlər “səhv ediblər” və ümumiyyətlə, bu müharibə onun yox, Baydenin müharibəsidir...


Onsuz da Trampın hakimiyyətə qayıdışı beynəlxalq hüququn ayaqlar altına atıldığı bir dövrdə bütün ədalət prinsiplərinin daha da tapdalanacağının siqnalı idi. Lakin vəziyyətin bu qədər mənəviyyatsızlıq, prinsipsizlik, fürsətcillik, hətta əxlaqsızlıq dərəcəsinə çatacağını gözləmək çətin idi.

İndi vəziyyət o həddə çatıb ki, bir zamanlar bütün dünyanın “azad dünyanın lideri”, “əsas sivilizasiya daşıyıcısı” kimi baxdığı ABŞ Prezidenti digər dövlət başçılarını tarifləri artırmaqla şantaj edir və sonra da məmnuniyyətlə bildirir: “Onlar mənim arxamı öpür, yalvarırlar”.

Bu çıxışını izləyən respublikaçı senatorlar və tərəfdarları isə bunu alqışlayır, gülürlər. Hətta bizdəki bəzi siyasi şərhçilər, politoloqlar və siyasətçilər belə özündənrazı, narsist, ziddiyyətli bir şəxsin davranışlarında və sözlərində məntiq və dərin strategiya axtarırlar.

ABŞ-nin başındakı Tramp və trampkimilər nə qədər kobuddurlarsa, yalançı demokratlar da bir o qədər riyakar, ikiüzlü və qorxaqdır. Və dünya da başını, ağlını, reallıq hissini itirmiş bu “mədəniyyət” və “əxlaq” sahiblərindən ədalət və insanlıq gözləyir...

Nə qədər inanmaq istəməsək də, təbiətin özündə belə ədalət yoxdur – zəif olan hər zaman güclü üçün yemdir. Odur ki, ədalət sanki insan tərəfindən uydurulmuş bir anlayışdır. Nə qədər “ilahi ədalət” desələr də, “qeyri-ilahi ədalətsizlik” daha güclüdür – var, möhkəmdir və getdikcə daha da güclənir. Bunu görmək üçün sadəcə dünyada, xüsusilə Ukraynada və Fələstində baş verənlərə baxmaq kifayətdir...


Təəssüf ki, Ukrayna ətrafında baş verənlərdən və böyük dövlətlərin bununla bağlı davranışlarından çıxarıla biləcək yeganə nəticə budur: nüvə silahı olmayan istənilən ölkə, nüvə silahı olan bir dövlət tərəfindən həyasızcasına işğal oluna və sonradan digər nüvə dövlətləri ilə birlikdə bölüşdürülə bilər...

Bu arada Ukraynadakı açıq qətliamlara, terrora susan Tramp, öz “elçisi” Uitkoffun Putinlə görüşündən bir gün sonra Rusiyaya qarşı sanksiyaları uzadan fərman imzaladı. Bu, Uitkoffun Putinlə görüşünün uğursuz olduğunu və gözlənilən nəticə vermədiyini göstərir. Eyni zamanda Kreml başçısının növbəti dəfə ABŞ Prezidenti sayılan şəxsi barmağına doladığını bir daha sübut edir.

Çoxları ümid edirdi ki, anlaşma olacağı təqdirdə Tramp sanksiyaları uzatmayacaq. Amma uzatmaq məcburiyyətində qaldı. Bu da Rusiyaya və Putinə qarşı qəti mövqe sərgilədiyindən deyil. Sadəcə, apardığı mənasız, lakin Rusiyanın işğalını, təcavüzünü, terrorunu legitimləşdirən danışıqlarda əlində bir kart olsun deyə...

Ən maraqlısı isə odur ki, Tramp sanksiyaları uzatmaq barədə fərmanı imzalayarkən, adət etdiyi kimi özünü reklam etmədi, jurnalistləri Ağ Evə toplayaraq pozalar vermədi, saxta gülüşlə baş barmağını göyə qaldıraraq şəkil çəkdirmədi...

Bir sözlə, Putin Rusiyası vurur – beynəlxalq hüququ, bəşəri dəyərləri, ədalətə və insanlığa olan inamı vurur. ABŞ və Tramp isə susur...

Yəqin ki, Tramp ABŞ Prezidenti olduğu müddətcə, ABŞ-nin Oriqon ştatından olan məşhur senator Ceff Merklinin Konqresdə verdiyi sual aktual olaraq qalacaq: “Mən təsəvvür edə bilmirəm ki, o (Tramp) Rusiya agenti olsaydı, Rusiya üçün daha artıq nə edə bilərdi? Hansısa Rusiya agenti daha nə edə bilərdi ki, bunu Tramp indiyə qədər etməyib?”

Cəlal Məmmədli
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri