Icma.az
close
up
RU
Putin niyə susur?

Putin niyə susur?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Xarici İşlər Nazirliyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı yeni açıqlama verib.

Bildirilib ki, layihəsinin praktik mərhələsinin icrasına, o cümlədən tikinti işlərinə 2026-cı ildə başlanması planlaşdırılır. Açıqlamaya əsasən, hazırda Ermənistan tərəfi amerikalı tərəfdaşları ilə layihənin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması üzrə intensiv danışıqlar aparır. Ermənistan XİN vurğulayıb ki, bu layihə “Orta Dəhliz”in komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və “Fars körfəzi - Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla regional əlaqələrin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqi çərçivəsinə tam uyğun gəlir. Görünür, Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən əvvəl daxili və xarici auditoriya üçün sülh istiqamətində addımlar atır.

Politoloq Natiq Miri “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin TRIPP layihəsi ilə bağlı praktik fəaliyyəti ortadadır:

“Son günlər ABŞ, Azərbaycan və Ermənistan arasında bu yöndə danışıqlar aparılır. Tərəflər arasında dəmir yolu və avtomobil yolundan tutmuş, digər nəzarət mexanizmlərinə aid olan infrastrukturların yaradılması, eləcə də təhlükəsizlik məsələləri kompleks şəkildə müzakirə olunub. Burada artıq Ermənistanlıq ciddi bir iş qalmayıb. Bu səbəbdən də Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasının arxasında başqa məqsədlər və ya yalan olduğunu zənn etmirəm. İrəvan artıq prosesləri sabotaj edə biləcək səviyyədə deyil”. 

Ekspert qeyd edib ki, proses həm də Ermənistanın maraqları çərçivəsindədir:

“Əslində, “Tramp marşrutu” həm də Ermənistana suverenlik qazandırır. Adıçəkilən ölkəyə ticari, iqtisadi, nəqliyyat, logistik və enerji təchizatı baxımından bilavasitə siyasətini şaxələndirməyə imkan verir. Bu səbəbdən də Ermənistanın “Tramp marşrutu” ilə bağlı praktik bir fəaliyyət ortadadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan hansısa diplomatik münasibətlər tənzimlənmədən Ermənistana “Aİ-95” markalı benzin göndərdi. Eyni zamanda, 32 il ərzində bağlı qalan tranzit yolları artıq açılmağa başlayıb. Perspektivdə bu da şaxələndiriləcək”. 

Politoloq diqqətə çatdırıb ki, Ermənistanın da üzərində etməli olduğu öhdəliklər var:

“Rəsmi İrəvan ilk olaraq Türkiyədən gələn malların Ermənistan vasitəsilə Azərbaycana hələlik avtomobil yolları vasitəsi ilə keçirilməsini təklif edib. Düşünürəm ki, bu da uzaq perspektivdə deyil. Ən azından, Qazaxdan başlayan yol Ermənistan vasitəsilə Türkiyəyə çıxışı təmin edə bilər. Eyni zamanda, digər alternativ yollar da var. Bu da dolayısı ilə süni əngəllərin aradan qaldırılmasına şərait yaradır. Rusiya, İran, Gürcüstan kimi ölkələrin bəzi süni əngəlləri aradan qalxacaq. Bu da öz növbəsində Ermənistanın bütün sahələr üzrə təhlükəsizliyinə xidmət edən məsələdir”. 

Natiq Miri vurğulayıb ki, artıq “Tramp marşurtu”nun açılması ilə bağlı düyməyə basılıb:

“Yaxın iki ay ərzində ABŞ-nin ən yüksək səviyyədə rəsmisi bununla bağlı Ermənistana səfər edə bilər. Kimin gələcəyi bəlli olmasa da, fevral ayında ABŞ-nin vitse-prezidenti və ya dövlət katibinin səfəri gözlənilir. Burada da simvolik olaraq “Tramp marşrutu”nun açılışı ola bilər. Düzdür, prosesə müdaxilə etmək və əngəl olmaq istəyən qüvvələr var. Ancaq bununla bağlı Ermənistan rəhbərliyinin də ciddi arqumentləri mövcuddur. Paşinyanın Putinlə görüşündəki ifadələri bunu açıq ortaya qoyur.

Prosesdə hegemon güc olan ABŞ və onun bilavasitə zəmanətçisi Donald Tramp amili var. Rusiya və İran rəhbərliyi Trampla danışmalıdır. Faktiki olaraq, Ermənistan istənilən təzyiqi dərhal ABŞ-yə yönləndirə bilir. Belə olanda da problem olmur. Məsələn, bugünə qədər Rusiya Prezidenti Vladimir Putin səviyyəsində “Tramp marşrutu” ilə bağlı ABŞ-yə hansısa birmənalı etiraz bildirilməyib. Bütün bunlara görə də hesab edirəm ki, “Tramp marşrutu” ilə bağlı praktik fəaliyyət tezliklə başlayacaq”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri