Icma.az
close
up
RU
Putin yeni avantüralara gedə bilər Açıqlama

Putin yeni avantüralara gedə bilər Açıqlama

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Alyaskada keçirilən Tramp–Putin danışıqları gözlənildiyi kimi nəticəsiz qaldı. Tərəflər ortaq mövqe formalaşdıra bilmədilər. Trampın mətbuat konfransında üzündəki narazı ifadələr bu uğursuzluğun vizual təsdiqi idi. Putin isə daha rahat, hətta qələbə qazanmış kimi sevincli görünürdü".

Bunu Bakupost.az -a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.

O qeyd edib ki, dünyanın əsas gözləntisi bu görüşdə Ukrayna ilə bağlı konkret razılaşmalar idi:

"Lakin əksinə, Lavrovun simvolik məna daşıyan köynəklə Alyaskada görünməsi Kremlin mesajı idi: Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək, Ukraynanın suveren ərazilərini danışıqlar masasında faktiki şəkildə “leqallaşdırmaq” istəyir. ABŞ-ın bu plana qarşı durması isə Trampın məyusluğunu, Putinin isə sevincini izah edir. Trampın siyasi ambisiyalarının bir hissəsi Nobel sülh mükafatına hesablanmışdı. O, danışıqlarla sülh gətirən lideri kimi tarixə düşmək istəyirdi, lakin bu dəfə onun planları alt-üst oldu”.

VHP rəsmisi əlavə edib ki, bu kimi görüşlərdən Kremlin məqsədi aydındır: “Vaxt udmaq, sülh görüntüsü yaratmaqla Qərbin yeni sanksiyalarını zəiflətmək və döyüş meydanında əldə etdiklərini möhkəmləndirmək. Belə danışıqlar Moskva üçün hər zaman taktiki vasitə olub. Amma masada Ukraynanın iştirakı olmadan heç bir dayanıqlı və etibarlı razılaşma mümkünsüzdür. Kiyev rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazilərinin güzəştə gedilməsi yolverilməzdir. NATO rəsmiləri də açıq bildirirlər ki, Rusiya Ukraynanın suverenliyini və öz müqəddəratını təyinetmə hüququnu tanımadan bölgədə sabitlik mümkün deyil”.

Samir Əsədli deyib ki, nəticəsiz qalan Alyaska görüşü bir daha sübut etdi ki, Ukraynanın ərazi bütövlüyü heç vaxt bazarlıq mövzusu ola bilməz: “Bu, yalnız Ukraynanın deyil, bütövlükdə beynəlxalq hüququn qorunması məsələsidir. Rusiyanın imperialist siyasətinə qarşı qlobal məsuliyyət bu prinsipin qorunmasından keçir. Ekspertlərin ortaq mövqeyi də bunu təsdiqləyir: Ukraynanın maraqlarına zidd bir “pis razılaşma”nın olmaması özü müsbət hal sayıla bilər, amma eyni zamanda hər hansı real irəliləyişin əldə olunmaması regionda təhlükəli boşluq yaradır. Bu boşluq isə Kremlin yeni avantüralarına meydan verə bilər”.

VHP rəsmisi qeyd edib ki, bu gün üçün çıxış yolu aydındır: “Ukraynanı daha genişmiqyaslı hərbi təchizatla təmin etmək və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək. Başqa alternativ qalmayıb. Yalnız güclənən təzyiq Kremlin məkirli planlarını dayandıra və Avropa təhlükəsizliyini təmin edə bilər”.

Zaur,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Avqust 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see653

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see595

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see402

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see273

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see272

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see271

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see269

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see264

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see254

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see252

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see250

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see247

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see243

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see234

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see224

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see217

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see212

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see212

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see208

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri