Icma.az
close
up
RU
Putindən ermənilərə mesaj: Paşinyanın sirri ifşa edildi

Putindən ermənilərə mesaj: Paşinyanın sirri ifşa edildi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MDB-nin Düşənbədə keçirilən sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan dialoqla bağlı müzakirələr səngimək bilmir.

Belə ki, Kreml rəhbəri baş nazirdən iki ölkə arasında ticarət dövriyəsi ilə bağlı göstəriciləri soruşduqda eşitdiyi cavabla razılaşmayıb. Paşinyan dövriyənin 4 milyard dollar olduğunu desə də, Putin ona etiraz edib və sadəcə 2024-cü ildə bu göstəricinin 9 milyard dollar olduğunu söyləyib. Liderlər müzakirəni davam etdirsələr də, səsləndirilən rəqəmlərin üst-üstə düşməməsi anlaşılmazlığa səbəb olub. Bu dialoq diqqətləri Ermənistanın son illərdə Rusiya ilə apardığı gizli iqtisadi əlaqələrə yönəldib.

Paşinyan gerçək rəqəmləri gizlətməyə çalışıb? Tərəflərin də fərqli göstəricilər açıqlamasına səbəb nədir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, yaşanan mübahisə iki dövlət arasındakı münasibətlərin gerçək vəziyyəti barədə aydın təsəvvür yaratmağa imkan verir:

“Paşinyan hazırda Qərbə inteqrasiya xətti yürüdür. Avropa İttifaqı (Aİ), ABŞ və Fransa ilə sıx əlaqələr qurur. Əgər real rəqəmlər, məsələn, 9 milyard dollarlıq dövriyyə açıqlanarsa, bu, onun Qərbə verdiyi siqnallarla ziddiyyət təşkil edərdi. Çünki Ermənistan artıq Rusiyadan uzaqlaşdığına dair təsəvvür formalaşdırmağa çalışır.

Digər tərəfdən, İrəvan son illərdə Moskvaya sanksiyaları yarmaqda kömək edir. Bu, ABŞ və Aİ-nin də diqqətindən yayınmayıb. Real dövriyyə açıqlanarsa, Ermənistanın Qərb sanksiyalarını dolaylı yolla pozduğu sübut oluna bilər. Paşinyan bu riskə getmək istəmir.


Zeynal Əmrəliyev

Burada daxili vəziyyət amilinə də diqqət edilir. Ermənistanda anti-Rusiya meyilləri artır. Paşinyan bu dalğanı idarə edir və “Moskvadan uzaqlaşan lider” obrazını qorumaq istəyir. Rəqəmlərin böyük olması bu imici zədələyə bilər. O səbəbdən Putin sözügedən çıxışı ilə Ermənistan ictimaiyyətinə və Qərbə mesaj göndərdi. Kreml rəhbəri demək istəyir ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı hələ də davam edir və istənilən an bu əlaqələr ifşa oluna bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri