Icma.az
close
up
RU
Əgər sülh olmasa: Paşinyanın ermənilərə verdiyi mesaj

Əgər sülh olmasa: Paşinyanın ermənilərə verdiyi mesaj

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfəri zamanı ölkəsindəki revanşistlərdən danışıb.

Bildirib ki, mətbuatda Qarabağ məsələsinin həll olunmadığını, Ermənistanda haradasa müzakirələrin aparıldığını göstərən başlıqlar görür: 

“Bunları azərbaycanlılar da görürlər. Xalqlarımıza sülh içində yaşamaq şansı verməliyik. Qarabağ məsələsinin həll olunmadığını deyəndə nəyi nəzərdə tuturlar? Bu insanlar mənə deyirlər ki, 7000 gənci öldürmüsünüz. Əgər Qarabağ məsələsi həll olunmayıbsa, nə təklif edirsiniz? 

Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, yeni blokada deməkdir və bu da öz gözlənilməz nəticələri ilə müşayiət olunur. Qarabağ məsələsinin həll olunmadığını deyənlər iddia edirlər ki, Ermənistan yeni müharibəyə başlamalıdır. Ermənistanda yeni müharibəyə çağıran qüvvələr olduğunu deyəndə Azərbaycan cavab verir ki, onda hərbi büdcəni artırmalıyıq”. 

Ermənistanın Baş naziri vurğulayıb ki, sülh bərqərar olub, Qarabağ məsələsi həll olunub: 

“Bütün məsələlər həll olunub - Azərbaycanın məsələsi, Ermənistanın məsələsi, regionun məsələsi, nəqliyyat məsələsi və sərhəd demarkasiyası məsələsi həll olunub. Qalan tək şey bu qərarlara riayət etmək, təxribatlara uymamaq və təxribat xarakterli bəyanatlar verməməkdir”. 

Nikol Paşinyanın Avropada səsləndirdiyi bu fikirlər bir növ mesaj xarakteri daşıyır. O, ölkəsində hələ də müharibə istəyən revanşistlərin olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Üstəlik, revanşistləri dəstəkləyən əsas qüvvənin Rusiya olduğu da hamıya məlumdur. Bəlkə də Paşinyan Ermənistanı Rusiyanın “caynağından” qurtarmaq və sülh planını rahat həyata keçirmək üçün Avropadan dəstək gözləyir...

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, əslində, Ermənistandakı revanşistləri qızışdıran yeganə qüvvə Rusiya deyil: 

“Bütün ermənilərin katolikosu II Qaregin də öz vəzifəsindən getmək istəmir. Bu səbəblə o da revanşistləri dəstəkləyir. Ümumiyyətlə, Ermənistanda uzun müddət dövlət olmayıb. Onlarda kilsə həmişə dövlət statusunda çıxış edib. 

Lakin hazırkı vəziyyətdə ermənilərin müqəddəs kitablarında olan bütün müddəalar II Qaregin tərəfindən pozulub. Kilsə indiyə kimi Qarabağdan siyasi biznes kimi istifadə edirdi. Nikol Paşinyan onu gündəmə gətirir ki, təkcə Rusiya şovinistləri deyil, eyni zamanda “beşinci kolon” da bunu istəyir”.

Ekspert onu da əlavə edib ki, əgər Ermənistan növbəti dəfə Azərbaycana qarşı addım atsa, ağır nəticələrlə üzləşəcək:

“Bunu ermənilər də, Nikol Paşinyan da gözəl başa düşür. Paşinyan çox bilir ki, bu dəfə də “Dəmir yumruq” ensə, Azərbaycan əsgəri nəinki Zəngəzur, hətta İrəvanda oturacaq. Əgər biz 1920-ci ilin xəritələrinə gündəmə gətirsək, Ermənistan 9 min kvadrat kilometrlə kifayətlənməlidir. O halda biz Göyçəni də, Dərələyəzi də, Zəngəzuru da geri alacağıq. Bunu qəbul etmək lazımdır.

Paşinyan Azərbaycanın maraqlarına uyğun çıxış etmir. Bizim ən böyük səhvimiz odur ki, erməni xisləti ilə tanış deyilik. Ermənilərə inanmaq, bel bağlamaq olmaz. Onlar qədər riyakar, ikiüzlü dünyada başqa millət yoxdur. Dünyanın ən çirkin siyasət yürüdən xalqı da ermənilərdir”. 

Cümşüd Nuriyevin sözlərinə görə, Avropa yenə öz oyununu oynayır:

“Son olaraq Qarabağdan könüllü çıxanlara “qaçqın” statusunun verilməsini tələb etdilər. Zamanında 300 minə yaxın Qərbi azərbaycanlı Ermənistandan məcburi şəkildə çıxarılıb. Amma bu məsələ bircə dəfə belə Avropanın yadına düşmədi. 

Qərbi azərbaycanlılardan 10 dəfə az adam Qarabağı könüllü şəkildə tərk etməsinə baxmayaraq, Avropa yalandan gözyaşları tökür. Müsəlmanlar üçün isə heç nə etmirlər. Bizimkilərə nə status verdilər, nə də qaçqın adlandırdılar. İndiyə kimi Qərbi azərbaycanlıların geri qayıtması ilə bağlı hər hansısa sanksiya yoxdur”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri