Icma.az
close
up
RU
Putindən Paşinyana yaşıl işıq : Kreml fiqurlarını qurban verir

Putindən Paşinyana yaşıl işıq : Kreml fiqurlarını qurban verir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda 1 il sonra keçiriləcək, ölkənin gələcəyini müəyyən edəcək parlament seçkilərinə hazırlıq tam sürətlə gedir. Paşinyan “dövlət çevrilişinə cəhd” haqqında sənədlər, məlumatlar paylaşdı, bundan sonra həbslər artdı, Rusiyaya bağlı olduqları bilinən bir çox şəxs saxlanıldı, cinayət işləri açıldı. Bu gün keşiş Qapon, yəni Baqrat da həbs edildi, bundan başqa yüksək rütbəli hərbçilər, varlı biznesmenlər, hətta bəzi deputatlarla da bağlı istintaq gedir, saxlanılırlar, axtarışlar aparılır.

Ölkə.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Ekspert bildirib ki, bütün bunları Paşinyanın antirusiya addımları kimi qələmə verənlər var:

“Mən bunun tam əksini düşünürəm. Tam tərsi, Paşinyan və komandasının Moskva ilə ciddi heç bir problemi yoxdur, son zamanlar isə münasibətlər daha da istiləşib.

Ümumiyyətlə, İrəvan 2022-dən bəri Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ən vacib 3-5 ölkədən biridir. Ermənistan iqtisadiyyatının 70%-nə Rusiya nəzarət edir, Rusiya hərbi bazaları ilə bağlı heç bir addım atılmayıb, əksinə, onların statusu bir daha təsdiq edilib.

Fikrimcə, Paşinyan Moskva ilə növbəti dəfə anlaşandan, bəzi kiçik problemləri həll etdikdən sonra elə həmin Kremlin razılığı ilə daxili siyasətdə “təmizləmə” işləri aparır ki, 2026-cı il seçkilərində maneələr qalmasın. Kreml həmişə etdiyini edir – öz adamlarını istifadə edir, istədiyini alır, sonra qurban verir.

Moskva nəinki insanlarla, ölkələrlə də belə davranır – son İran misalı buna ən böyük sübutdur. İran mediası Putinə sual verir ki, İrana necə kömək edəcəksiniz, cavab bu oldu ki, ən xoş arzularımızı göndəririk, amma ABŞ-la münasibətlərimizi də korlamaq istəmirik. İran məsələsində ABŞ-la alver etmək üçün ciddi fürsət qazandı və fürsətdən də istifadə etdi.

Ermənistanda da bəzi keşiş, kilsə, biznesmen, siyasətçiləri təzyiq üçün istifadə etdi, istədiyini aldı, indi də onların sıradan çıxarılmasına “yaşıl işıq” yandırdı.

Bir çox insan anlaya bilmir ki, 2018-dən bəri Rusiya bütün gücünü, nüfuzunu, resurslarını istifadə etsəydi, bu 7 ildə Paşinyanı 7 dəfə devirərdi. Etmədi, çünki Paşinyan Rusiyaya da sərf edir, guya Moskva ilə “dalaşır”, Qərblə yaxınlaşır, Qərb də Ermənistanı “demokratiya” sayıb, öz maraqlarına uyğun olaraq Moskva ilə İrəvan üzərindən alverini edir. Bundan başqa, Rusiyanın əlində, cibində olan “köhnələr” artıq “işlənmiş materialdır”, onları “diriltmək” cəhdi Rusiyaya sərf etmir. Ukraynada buna cəhd etdilər, Yanukoviçi “diriltdilər”, nəticədə Ukraynanı siyasi və tarixi anlamda itirdilər. Eyni səhvi Ermənistanda etmək istəmirlər. Çünki buna heç ehtiyac da yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri