Icma.az
close
up
RU
Putindən Paşinyana qarşı ŞOK HƏMLƏ

Putindən Paşinyana qarşı ŞOK HƏMLƏ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu yaxınlarda Rusiya Prezident Administrasiyasında dəyişiklik olunub. 

Dəyişikliyə əsasən, Ermənistan üzrə kurator vəzifəsi Dmitri Kozakdan alınaraq Rusiyanın keçmiş baş naziri Sergey Kiriyenkoya həvalə olunub. Kiriyenkonun vəzifəyə başladıqdan sonra atdığı addımlar da diqqət çəkib. O, bəzi erməni xadimləri ilə əlaqə saxlayıb, ardınca isə Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Moskvada görüşüb. 

Maraqlıdır, Rusiya Ermənistanla bağlı hansı addımı atmağa hazırlaşır? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, Sergey Kiriyenko ermənilərin Rusiyadakı diasporu ilə çox yaxındır: 

"Belə ki, ermənilərin Rusiyadakı diasporunu maliyyələşdirən əsas simalardan olan Samvel Karapetyan və Sergey Kiriyenkonun çox yaxın münasibətləri var. Hətta rus və xarici kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, Karapetyan Kriyenkoya Moskva şəhərində böyük həcmdə lüks evlər hədiyyə edib. Yəni Sergey Kiriyenko erməni diasporunun Kremldəki adamı hesab olunur". 

Ekspert qeyd edib ki, Rusiya rəhbərliyi tərəfindən anidən Ermənistan üzrə kuratorluğun Dmitri Kozokdan alınaraq Sergey Kiriyenkoya verilməsi elə-belə hadisə deyil: 

"Böyük ehtimalla, Kreml gələn il Ermənistanda keçiriləcək seçkilərə müdaxilə etmək istəyəcək. Ermənistanda keçirilən son seçkilərdə iqtidarın ölkənin ikinci böyük şəhəri Gümrünü müxalifətə uduzması ilkin işartılar idi. Yəni, bu, gələcəkdə Ermənistanda seçki yolu ilə hakimiyyət dəyişikliyinin olması üçün zəmin hazırladı. Ümumiyyətlə, Ukrayna müharibəsi bitdikdən sonra Rusiyanın Cənubi Qafqaza müdaxiləsi artacaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici siyasəti Kremlin xoşuna gəlmir. Onu da nəzərə almaq lazımdır ki, Samvel Karapetyanın Ermənistanda nüfuzu böyükdür və enerji sektoruna nəzərət edir. Bu səbəbdən də Ermənistanda gələcəkdə keçiriləcək seçkilərdə Kiriyenkonun Karapetyan vasitəsilə təsir etmək imkanları böyükdür". 

Yusif Bağırzadə əlavə edib ki, Rusiyanın ən çox diqqət yetirdiyi məsələlərdən biri də Zəngəzur dəhlizidir: 

"Bu gün dəyişən dünyada logistika prioritet hesab olunur. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi açılmalı və onun təhlükəsizliyinə nəzarət Rusiyanın sərhədçilərinə verilməli idi. Lakin Ermənistanın indiyə kimi bu istiqamətdə addım atmaması da Moskvada xoş qarşılanmır. İndiki Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına qarşı olduğu üçün Kreml Paşinyanı devirmək istəyir. Yəni, Rusiya Ermənistanda öz adamını iqtidara gətirərək dəhliz məsələsini həll etməyi hədəfləyir". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Putin Paşinyan Rusiya Ermənistan Yusif Bağırzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri