Icma.az
close
up
RU
Putindən QƏRİBƏ JEST Danışıqlara bu şəxsləri CƏLB ETDİ

Putindən QƏRİBƏ JEST Danışıqlara bu şəxsləri CƏLB ETDİ

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına ciddi yanaşdığını bilmirik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyaşünas, tarixçi Mark Qaleotti özünün sosial şəbəkə hesabında yazıb.

Mütəxəssisin sözlərinə görə, ola bilsin ki, Putin sadəcə olaraq rəsmiyyətləri müşahidə edir, Qərbin bir-birini qınaması və qəzəb nümayiş etdirməsi tamaşasından həzz alır və ya səmimi olaraq hansısa razılaşma üçün əsasların olduğuna inanır:

“Lakin format, məkan və nümayəndə seçimi onun niyyətləri haqqında bizə müəyyən fikir verə bilər. 2022-ci ilin İstanbul danışıqları zamanı Putin heç bir ciddi diplomatik təcrübəsi olmayan tarixçi Vladimir Medinskini Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinə rəhbər təyin etmişdir. Əslində, bu Putinin həmin zaman həqiqətən ciddi şəkildə danışıqlara maraqlı olmadığını, sadəcə imitasiya xatirinə danışıqlara qatıldığını göstərirdi. Lakin mediaya inansaq, bu dəfə Putin çox təcrübəli həqiqətən də ağır çəkili məmurları danışıqlar üçün təyin edib. Bu isə Putinin həqiqətən də anlaşmaq istədiyini nümayiş etdirə bilər”.

O, söyləyib ki, Putin danışıqlara özünün təcrübəli köməkçisi Yuri Uşakovu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olan Sergey Narışkini göndərir:

“Sergey Lavrovun zəifləməsi fonunda Uşakovun rolu artır. O 2008-ci ildə ABŞ-də səfir çalışıb. Uşakov, eyni zamanda, Qərbi və Amerika siyasətini yaxşı tanıyan diplomatdır. O heç bir zaman Qərbə qarşı sərt tonda çıxış etməyib. Narışkin Qərbə qarşı sərt fikirləri ilə tanınsa belə, o təkcə Xarici Kəşfiyyat Xidmətinin direktoru deyil, həm də siyasətçidir. O, buna qədər dövlət dumasının sədri olub. Eyni zamanda isə Narışkin artıq FBI ilə diplomatiya tandemində iştirak edib. Putinin sərmayədar Dmitriyevi də danışıqlara daxil etməsi onu göstərir ki, Qərbin bütün qorxuları fonunda Putin həqiqətən də danışıqlara olduqca ciddi yanaşır”.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Fevral 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri