Icma.az
close
up
RU
Putindən Trampa QƏRİBƏ təklif Qəbul edəcəkmi?

Putindən Trampa QƏRİBƏ təklif Qəbul edəcəkmi?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Ukrayna münaqişəsinin tam başa çatdırılması üçün Vaşinqtonun ata biləcəyi addımı diqqətə çatdırıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Kremlin rəsmisi bildirib ki, Rusiya liderinin fikrincə, münaqişəyə son qoyulmasının əsas yolu Birləşmiş Ştatların Kiyevə göstərdiyi hər cür hərbi və maliyyə yardımını tamamilə dayandırmasıdır.

Tramp Putinin şərtini qəbul edərmi?

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, Putinin son telefon danışığında Trampa etdiyi təklif olduqca maraqlı və cəsarətli təklifdir: “Çünki Trampa indiki şəraitdə belə təklif etmək “işğal olunmuş Ukrayna torpaqlarını mənə birdəfəlik verin!” kimi tələbə bərabərdir. Ona görə deyirəm ki, cəsarətli təklifdir. Amma ondan da maraqlısı budur ki, belə bir təklifə Tramp necə reaksiya verib. Təəssüf ki, indiyə qədər Trampın həmin təklifə anında nə reaksiya verdiyi ilə bağlı heç bir açıqlama olmayıb. Ona görə də yalnız ehtimallar mümkündür”.

Onun fikrincə, birinci variant ondan ibarətdir ki, Tramp Putinə onun istədiyi cavabı verməyəcək: “Yəni Ukraynanın hərbi və maliyyə cəhətdən dəstəklənməsindən imtina edilməyəcək. İkinci variant ABŞ prezidentinin bu təklifə razılıq verməsi, lakin Ukraynanın Avropa xətti ilə silahlandırmaqda və maliyyələşdirməkdə davam etdirməsi ola bilər. ABŞ özü birabaşa dəstək verməyə bilər, amma Avropa İttifaqı üzərindən Ukraynanın təminatı həyata keçirilə bilər. Üçüncü variant isə Trampın Ukraynaya hərbi və maliyyə dəstəyindən tam geri çəkilməsidir. Bu variantın da reallaşması mümkündür. Hadisələr onu göstərir ki, Tramp Rusiyanı Ukraynada diz çökdürə bilmədi. O, öz ölkəsinin daxilində ciddi reytinq itkisinə məruz qaldığını anlayır və müharibələri dayandırmağın yollarını arayır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Sentyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri