Icma.az
close
up
RU
Putindən Rusiyanı xilas edən yalan: İki dəfə təkrarladı, verdiyi sözü pozdu

Putindən Rusiyanı xilas edən yalan: İki dəfə təkrarladı, verdiyi sözü pozdu

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyaya məxsus PUA-ların Polşanın hava məkanını pozmasının ardınca Avropada gərginlik pik həddə çatıb. NATO Nizamnaməsinin 4-cü maddəsinin işə düşməsindən sonra isə Moskvada narahatlıq artıb.

Artıq Kreml rəsmiləri PUA-ların Polşa üzərində uçuşunu müxtəlif səbəblərlə izah etməyə və diqqət yayındırmağa çalışırlar. ABŞ Prezidenti Donald Tramp isə Moskvanın bu addımı qəsdən atmadığını düşündüyünü söyləyib.

Avropada Rusiya ilə bağlı qərar nə olacaq? Proseslərin gedişatı Moskvanın xarici siyasətinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Rusiya Prezidenti Vladimir Putin davranışları ilə ölkəsini xilas etməyə çalışır:

“Burada əsas iki məqsəd var. Birincisi, Rusiyanı Ukrayna müharibəsindən qələbə görüntüsü ilə çıxarmağa nail olmaqdır. İkincisi isə, Kiyev və Qərbdəki müttəfiqləri Moskvanın kapitulyasiya xarakterli şərtlərini qəbul edənə qədər, Rusiyanı ABŞ-dan gözlənilən sanksiyalardan yayındırmaq cəhdidir. Putin indiyə qədər iki dəfə Trampı aldatmağa nail olub. Nəticədə razılaşmalar pozulub və Vaşinqtonun sanskiyaları təxirə salınıb.

Lakin artıq Kreml anlayır ki, nə ABŞ-da, nə də Qərb ölkələrində Rusiyaya qarşı inam qalıb. Çünki bilirlər ki, Moskva verdiyi sözlərə əməl etmir. Tramp administrasiyası da dağıdıcı sanksiyalar tətbiq etməkdə israrlıdır. Bu prosesdə ABŞ Avropa İttifaqı ilə paralel şəkildə hərəkət etmək niyyətindədir”.


Elçin Xalidbəyli

Politoloqun sözlərinə görə, Ağ Evi aldatmağın mümkün olmadığını anlayan Putin, ABŞ və NATO-nu şantaj etməyə qərar verib:

“Kreml artıq hərbi faktorları ön plana çıxarır. Polşaya hücumla belə bir görüntü yaratmağa çalışdı ki, Rusiya ən taleyüklü məqamda belə Qərb ölkələrinə zərbə endirməkdən çəkinməyəcək. Bu, onları qorxutmaq və xof yaratmaq məqsədi daşıyırdı.

Əgər NATO ölkələri ilə Rusiya arasında müharibə baş verərsə, bu, Kremlin dərhal məğlub olacağı anlamına gəlir. Çünki Rusiya iqtisadiyyatı belə bir müharibəni aparmaq gücündə deyil. Ölkənin hərbi-sənaye kompleksi silah-sursat və hərbi texnika istehsalında ciddi problemlərlə üzləşir. Həmçinin Rusiyanın canlı qüvvə problemi də var. NATO ilə birbaşa qarşıdurmanın ağır məğlubiyyətlə nəticələnəcəyinin fərqindədir. Bu səbəbdən nüvə silahı ilə şantaj taktikası ön plana çəkilib”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri