Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağ Evdə artıq Rusiyanın ziddiyyətli davranışlarının əsl hədəfindən ciddi şəkildə şübhələnməyə başlayıblar, Tramp administrasiyasının Rusiya əleyhinə daha radikal addımlar atacağı istisna deyil... Ona görə də, Kreml sülh prosesini iflic edərkən, daha ehtiyatlı davaranmağa çalışsa belə, ABŞ-ın uzunmüddətli danışıqlara həvəs göstərəcəyi qətiyyən inandırıcı görünmür...

Ukrayna savaşının dayandırılması prosesi ətrafında yaranmış qəliz situasiya hərbi-siyasi gərginliyi də yüksəltməyə başlayıb. Belə ki, son vaxtlar Rusiya Ukraynaya qarşı hərbi zərbələri maksimum həddə qədər intensivləşdirmişdi. Üstəlik, Rusiya ordusu Ukrayna ərazilərinə irəliləməyə də cəhd göstərirdi. Kreml aprelin sonuna qədər konkret hərbi hədəflərin reallaşdırılmasına çalışırdı. Və Ukrayna ordusunun nəzarəti altında olan Rusiyanın Kursk bölgəsinin yenidən azad edilməsi ilə Kreml bu hədəflərinin əhəmiyyətli hissəsini həyata keçirtməyə nail oldu.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Kursk bölgəsinin azad olunmasında Şimali Koreya hərbi kontingentinin xüsusi rol oynadığı Kreml tərəfindən də etiraf edilir. Kreml bundan məmnun olsa da, əslində, Şimali Koreya hərbi kontingentinin Ukrayna ordusuna qarşı döyüşlərdə uğur qazanması Rusiyanın yaxın gələcəkdə beynəlxalq imicinə neqativ təsir göstərə biləcək amildir. Və bu məsələni böyük ehtimalla Rusiyaya yeri gəldikcə, xatırladacaqlar.

Ancaq hələlik Şimali Koreya ordusunun hərbi uğurları Kremlin maraqları baxınmından, həm də yeni situasiya yaradıb. Belə ki, Rusiyanın danışıqlar masası arxasında mövqeləri indi əvvəlki ilə müqayisədə daha da güclənmiş kimi görünür. Hər halda, rəsmi Kiyev sülh sazişinin imzalanma şərtləri sırasına ərazi mübadiləsi ilə bağlı tələb irəli sürmək şansını itirmək üzrədir. Ona görə də, hazırda mövcud situasiyada özünün daha rahat hiss etməyə başlayan prezident Vladimir Putin müvəqqəti atəşkəs elan etməyi mümkün sayıb. Və buna paralel olaraq, Kreml ABŞ-la danışıqlarda da konkret şərtlər irəli sürmək niyyətinə düşüb.

Maraqlıdır ki, Kreml təmsilçiləri sülh prosesi barədə danışarkən, daha çox qeyd-şərtsiz müzakirələrin vacibliyini vurğulayırlar. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ukraynaya dəfələrlə qeyd-şərtsiz sülh danışıqları təklif olunsa da, rəsmi Kiyevdən pozitiv cavab alınmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğulayıb ki, Kreml qeyd-şərtsiz sülhə hazırdır. Ancaq nə qədər qəribə də olsa, dərhal da xüsusi şərt irəli sürüb. O, bildirib ki, qeyd-şərtsiz sülh yalnız Ukraynaya silah və hərbi texnika dəstəyi dayandırılacağı təqdirdə, mümkündür. Və atəşkəs rejimi Ukraynanın yenidən gücləndirilməsi üçün istifadə edilməməlidir.

Təbii ki, Rusiyanın qeyd-şərtsiz sülh üçün tələbləri yalnız bununla məhdudlaşmayıb. Rusiyanın xarici işlər naziri bildirib ki, sülh sazişi üçün rəsmi Kiyev NATO-ya üzlükdən imtina barədə öhdəlik götürməlidir və Ukrayna “demilitarizasiya” və “denasfikasiya” edilməlidir. Digər tərəfdən, Krım, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiya ərazisi olması beynəlxalq səviyyədə tanınmalıdır. Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyalar ləğv edilməlidir, dondurulmuş aktivlər geri qaytarılmalıdır.

Eyni zamanda, xarici işlər naziri Sergey Lavrov Rusiyanın Zaporojye AES-ə nəzarətin ABŞ-a verilməsini rədd etdiyini vurğulayıb. Rusiyalı nazir bütün bunlara əlavə olaraq, Ukraynada rus dili və mədəniyyətinin istifadəsini, eləcə də, rus kilsəsinin fəaliyyətini məhdudlaşdıran qanunların ləğv olunmasını da tələb edib. Və Kreml təmsilçisinin irəli sürdüyü bu şərtlər Rusiyanın Ukrayna ilə bağlı fərqli planlarının olduğunu göstərir.

Belə anlaşılır ki, Kreml Tramp administrasiyasının şərtləri, hətta vasitəçiliyi ilə sülh sazişi imzalamaq niyyətində deyil. Ona görə də, Kreml “qeyd-şərtsiz sülh sazişi” üçün ABŞ-ın qəbul etməyəcəyi ağır şərtlər irəli sürməyə başlayıb. Böyük ehtimalla Rusiya indiki mərhələdə danışıqlar prosesini qeyri-müəyyən müddətə qədər uzadılmasına çalışır. Və Ukrayna savaşı ətrafında yaranmış situasiyanı tamamilə Rusiyanın maraqlarına uyğunlaşdırdıqdan sonra tamamilə fəqrli planların reallaşdırılmasını hədəfləyir.

Məsələ ondadır ki, Kreml Tramp admiistrasiyasının Ukraynanı bölüşdürmək xarakteri daşıyan sülh şərtlərində qətiyyən maralı deyil. Rusiya Ukraynanın nəzarət zonalarına bölünərək, bəzi Qərb dövlətlərinin bu ölkədə hərbi kontingent yerlədirilməsini istəmir. Eyni zamanda, Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsini də yaxına buraxmır. Çünki bütün bunlar baş verərsə, ABŞ və Qərb rəsmi Kiyevə təhlükəsizlik təminatı vermək məcburiyyətində qalacaq. Və Ukrayna Rusiya üçün əlçatmaz olacaq.

Ona görə də, Kreml sülh mövzusu üzərindən siyasi manipulyasiyalar edərək, danışıqlar prosesini pozmağa çalışır. Əsas hədəf Ukraynanın bir hissəsini deyil, məhz bütün ərazisini nə vaxtsa, Rusiyanın tərkibinə qatmaqdan ibarətdir. Bu halda, Ukraynanın həm əraziləri, həm də zəngin təbii sərvətləri Rusiyanın nəzarətinə keçmiş olacaq. Və Tramp administrasiyası artıq Kremlin məqsədyönlü manevrlərinin əsas hədəflərini anlamağa başlayıb.

Maraqlıdır ki, prezident Vladimir Putini sülh masasına çəkməyi bacarmayan Tramp administrasiyasının səbri tədricən tükənməkdədir. Prezident Donald Tramp son açıqlamalarında Kreml sahibi Vladimir Putini ittiham etməklə, ABŞ-ın fərqli mövqeyə yönələ biləcəyinin ilkin mesajlarını verməyə çalışır. Belə ki, Ağ Ev sahibi prezident Vladimir Putini heç bir səbəb olmadan Ukraynanın mülki obyeklərə raket zərbələri endirməkdə günahlandırıb: “Bu, məni prezident Vladimir Putinin müharibəni dayandırmaq istəmədiyini düşünməyə vadar edir. Deyəsən, o, sadəcə, mənimlə oynayır. Bəlkə Rusiya ilə başqa cür, məsələn, “bank əməliyyatları” və ya “təkrar sanksiyalar”la mübarizə aparmaq lazımdır?”

Göründüyü kimi, Ağ Evdə artıq Rusiyanın davranışlarından ciddi şəkildə şübhələnməyə başlayıblar. Əgər, bu şübhələr ciddi qənaətlərə çevrilərsə, onda, Tramp administrasiyası Rusiyanın əleyhinə daha radikal addımlar atmaq məcburiyyətində də qala bilər. Ona görə də, Kremlin sülh prosesini iflic edərkən, daha ehtiyatlı addımlara üstünlük verə biləcəyi də istisna deyil. Ancaq istənilən halda, ABŞ-ın uzunmüddətli sülh danışıqlarına həvəs göstərəcəyi qətiyyən inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri