Putindən sonra onlardan biri Rusiya lideri ola bilər Üç ad KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putinin Qələbə paradında təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyədə tədbirlər görülür.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə “Nyus Veek” nəşri məlumat yayıb.
İddialara görə, o, sui-qəsd və ya çevriliş ehtimalından qorxaraq daha çox bunker tipli məkanlarda vaxt keçirir:
“Qərb mediasına sızdırılan kəşfiyyat hesabatına əsasən, Putinin mühafizəsi sərtləşdirilib, hərəkətləri məhdudlaşdırılıb, komanda və kommunikasiya kanalları azaldılıb”.
Sənəddə həmçinin, Putinin ehtimal olunan varisləri də qeyd olunub: Rusiya liderinin keçmiş cangüdəni və prezident köməkçisi Aleksey Dyumin, Kremlin daxili siyasət kuratoru Sergey Kiriyenko və baş nazirin müavini Dmitri Patruşev.
Lakin nəşrdə vurğulanıb ki, bunların heç biri Putinin sistemdəki mərkəzi rolunu tam əvəz edə bilmir:
“Mümkün varislərin əksəriyyəti Putinin geosiyasi xəttini – imperiya yönümlü siyasət, Qərbə qarşı sərt mövqe və güc mərkəzli yanaşmanı artıq qəbul etmiş kimi görünür.
Putinin mümkün varisi üçün əsas sınaq “yumşalma” və ya islahat deyil, əksinə, dövlətin güc strukturlarını, elita maliyyəsini, hərbi idarəetməni və millətçi narrativi nəzarətə götürmək olacaq.
Sadə dillə desək, bu ssenari “yeni üzlə Putin sistemi”nin davam etməsi, bəlkə də daha sərt formada təkrarlanması deməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 May 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















