Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Putindən qorxaqmı? KONKRET

Putindən qorxaqmı? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya  bu cür aqressiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək…

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Ağ Evdə Avropa liderləri ilə Moskvanın təcavüzkar siyasətini necə durdurmaq  barədə müzakirələr bir acı gerçəyi də təsdiqlədi: Rusiya dünyanın canını boğaza yığıb. Nədir bu və vəziyyət niyə belədir?

Həmin masada ABŞ daxil daha üç Avropa ölkəsi Rusiya kimi nüvə silahına sahibdir, NATO kimi milyonluq əsgəri gücü var, toplam pullarını göydən səpələsələr Moskva avronun altında qalar, ağılları da Putin və ətrafındakılardan az deyil. Bəs niyə bu dövlət liderləri Rusiyanın əlində girinc qalıblar? Niyə o masada bu qədər cəsarətsiz və çarəsiz görünürdülər? Bu həm də yalnız Ukrayna torpaqlarının işğalı ilə bağlı problem deyil axı… Gərək ki, Makron asta səslə dedi: “Rusiyanın növbəti hədəfi  Avropa ölkələridir, bizik…” Yəni bu adamlar hətta Rusiyanın sonrakı davranışlarının  öz sərhədlərinə təhlükə kimi şərh edirlərsə, o halda nə düşünürlər və ya nəyi gözləyirlər?

Ağ Evdə bu görüş səhnəsi Karl Marks və Frirdix Engels 1910-ci ildə Kommunist Partiyasının Manifestindəki məşhur cümlələri yada saldı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər…” Müasir dövrdə bu şübhəsiz ki, Rusiya kabusudur.

ABŞ lideri Donald Tramp qarşısında oturan sağlam cüssəli Finlandiya prezidentini görməzdən gələ bilər, amma bu ölkənin Rusiya ilə toplam sərhədinin uzunluğu 1271,8 kilometrdir. Bunun 1091,7 km quru, 60,3 km çay, 119,8 km göl sərhədi, 54,0 km dəniz sərhədidir. Sərhədində bu boyda təhlükəyə necə sakit qalasan? Yəni tələsik NATO-ya daxil olmuş Finlandiyanın Rusiya qorxusu keçməyib, əksinə daha da artıb.

Şəxsi müşahidəmə görə deyirəm: Tramp hakimiyyətə qayıdandan sonra verdiyi açıqlamalar (məsələn Ukraynaya dediyi “Rusiya böyük ölkədir, siz balaca”), Putinlə artan təmasları fonunda  dünyada Rusiya qorxusunu artırıb. Trampdan əvvəlki ABŞ prezidenti Co Bayden başqa bir yanlış yolda idi, o da əksinə, Rusiyanı ümumiyyətlə saymırdı, sanırdı ki, bu ölkəni strateji məğlubiyyətə uğradıb və tezliklə çökəcək, Kremldə hətta çevriliş də olacaq. Bir dəfə dilə də gətirdi ki, bu savaşda məqsədləri Rusiyada hakimiyyət dəyişikliyi, Putin rejiminin devrilməsidir. Tramp fərqli siyasətçidir, bəziləri də düşünür ki, məsələn, o da Putini Alyaskaya öz ayağına çağırmaqla  Rusiyaya yerini göstərdi və sairə.

İndi dünya ona köklənib ki, guya Putin Zelenski ilə görüşərsə, Ukrayna ilə müharibə sonlandırıla bilər. Ortada isə heç bir həll mexanizmi yoxdur! ABŞ dövlət katibinin rəhbəri olacağı hansısa işçi qrupdan danışılır, amma bu da münaqişənin həlli üçün rahat və təcili mexanizmlər olacağı demək deyil.  

Zelenski ilk dəfə olaraq doğru etdi: Trampın danışıqlar, ərazi güzəştləri ilə bağlı dediklərinin əleyhinə çıxmadı. O da gec olsa da anladı ki, bu oyunda qəhrəman obrazını oynamaq gərək deyil. Əgər Tramp Rusiyanı heç olmasa, təməlli atəşkəsə razı sala bilsə,  qəhrəman olacaq. Amma bu gerçək kimi görünmür. Putin çox şey istəyir, həm də ləngitmədən. İstəsin, amma Zelenski arzulasa belə, buna zatən təkbaşına qərar verə bilməz, ən azı referendum lazımdır.

Tramp isə çox şey istəmir-iki ölkə arasında savaşın durmasını, özünün dediyi kimi insanların ölməməsini istəyir, bir də…Nobel. Zelenski də indiki durum çox arzusu yoxdur, o da atəşkəs və ölkəsinin gələcəyi üçün təhlükəsizlik qarantiyası istəyir. Bunları da əldə etmək çətindir.

Tramp administrasiyası  tez-tez deyir ki, Putin də ərazi güzəştinə razıdır. Amma söhbət hansı ərazilərdən gedir, bəlli deyil. Məncə, Putin onu deyir ki, müharibə davam etsə, bütün Ukraynanı alacağam, ya da Odessanı da “anasına” qaytartacağam, amma güzəştə gedirəm, bunları etmirəm.

Bəs Ukraynanın çıxış yolu nədir? Baxın, İsrail xalqı neçənci dəfədir küçələrə çıxıb hökumətdən Qəzzada müharibənin dayandırmasını tələb edir. Ötən yazıda da qeyd etmişdim ki, bu müharibədə Ukrayna xalqının ortaya çıxmasına ehtiyac var.   Rusiya niyyətindən əl çəkmir, bu müharibəni indən sonra bu tempdə bəlkə azı iki il də aparmağa hərbi resursu var. Dünya da işğalı durdura bilmir, özləri indi daha pis qorxu keçirir. Kiyevi də tutaq ki, Avropa Birliyi daha iki il müqavimət göstərməyə hazırlasın. Sonra?

Biz bu “atəşkəsi”in gətirdiyi məğlubiyyəti görmüşük, çox ağır şərtlər altında 30 il dözmüşük. Ukrayna 2014-cü ildə Krımı bir ukraynalı ölmədən əldən verdi, indi 3 ildir müqavimət göstərirlər, amma nəticə yenə də ərazi itirməyə doğru gedir.

Diplomatiyaya şans vermək Putini yeni-yeni ərazilər tutmaq hərisliyindən müvəqqəti vaz keçirəcək. Başqa yol da var-sonuncu ukraynalıyadək döyüşmək. Belə lokal müharibələr olub, minlərlə əsgər bir savaşda məhv olub. Amma son 100 illikdə elə bir nümunə yoxdur ki, bütün xalq qırılıb qurtara, sonra düşmən qələbəsini elan edə. Diplomatiya nə Ukrayna, nə dünya üçün çarə deyil. Amma diplomatiya həm də vaxt qazanmaq, bir az özünə gəlmək fürsəti deməkdir. Ukraynaya indi ən vacibi zaman lazımdır, bunu necə dəyərləndirəcək, o da əsasdır.

Rusiyanın özünü belə naqolay aparması görək nə qədər davam edəcək. Rusiya  bu cür aqressiv siyasətlə ərazisinə Ukrayna boyda ərazi də qoşa bilər, amma bunların bədəlini mütləq ödəyəcək. Çünki tarix onu da sübut edir ki, Rusiya o vaxt dağılmağa başlayır ki, imperiya hərisliyi gözlərini tutur, “şişir” və nəhayət, içəridən partlaq verirlər…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri