Icma.az
close
up
RU
Putinə yanlış məlumat verilir? KONKRET

Putinə yanlış məlumat verilir? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Kreml Rusiyanın Ukraynadakı hərbi uğurlarını qəsdən şişirdərək Prezident Vladimir Putində cəbhədəki vəziyyətlə bağlı təhrif olunmuş təsəvvür formalaşdırmağa çalışır. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında bildirilir.

KONKRET.az xəbər verir ki, “ISW” analitiklərinin hesablamalarına görə, 2026-cı ilin əvvəlindən etibarən Rusiya qüvvələri faktiki olaraq Ukrayna ərazisinin cəmi 81,1 kvadrat kilometrinə tam nəzarət qurub. Halbuki, Rusiya ordusunun irəlilədiyi və ya daxil olduğu ərazilərin ümumi sahəsi 626,85 kvadrat kilometr təşkil edir.

İnstitut vurğulayır ki, hər hansı əraziyə daxil olmaq həmin ərazi üzərində tam nəzarətin əldə olunması demək deyil.

Hesabatda həmçinin “Bloomberg” agentliyinin Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata da diqqət çəkilir. Bildirilir ki, Moskva mümkün sülh razılaşması əldə olunsa belə, işğal etdiyi Ukrayna ərazilərini geri qaytarmaq niyyətində deyil. Məlumata əsasən, Vladimir Putin Donetsk vilayəti üzərində tam nəzarəti təmin etməyə, eyni zamanda Sumı və Xarkov vilayətləri sərhədində “təhlükəsizlik bufer zonası” yaratmağa çalışır.

Bununla belə, “ISW” hesab edir ki, Rusiya ordusunun hücum tempinin əhəmiyyətli dərəcədə zəifləməsi fonunda bu məqsədlərə 2026-cı ilin sonunadək nail olmaq çətin görünür.

Hesabatda Rusiya Müdafiə Nazirliyinin yaydığı və bir təbliğat yönümlü “Teleqram” kanalına istinad edən məlumat da şübhə altına alınır. Həmin məlumatda Rusiya ordusunun 2026-cı ilin ilk yarısında 2226 kvadrat kilometr ərazini ələ keçirdiyi iddia olunsa da, “ISW” analitikləri bu rəqəmi təsdiqləmir və onu növbəti şişirdilən təbliğat nümunəsi kimi qiymətləndirirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see289

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see286

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see268

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see258

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see254

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see254

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see245

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see243

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see235

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see216

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see205

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see201

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see195

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see194

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see190

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see189

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see182

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see180

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see175

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

04 Sentyabr 2026 18:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri