Icma.az
close
up
RU
PUTİNİ ALDADAN GENERAL Kupyanska görə “Rusiya qəhrəmanı” ulduzu alan Kuzovlevin aqibəti necə olacaq?

PUTİNİ ALDADAN GENERAL Kupyanska görə “Rusiya qəhrəmanı” ulduzu alan Kuzovlevin aqibəti necə olacaq?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hələ bir neçə gün əvvəl - dekabrın 9-da Rusiyada “Qəhrəmanlar Günü” qeyd edilib. Həmin gün Vladimir Putin ənənəvi olaraq Kremldə Rusiyanın əsas mükafatını – “Rusiya Qəhrəmanı” ulduzunu təqdim edib.

Bu il sözügedən ulduzu alanlar sırasında Moskva Hərbi Dairəsinin komandanı general-polkovnik Sergey Kuzovlev də olub. Son bir neçə ay ərzində o, müntəzəm olaraq televiziyada çıxış edərək Putinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verib. Noyabrın 20-də həmin general Putinə Rusiya qoşunlarının Xarkov vilayətindəki Kupyansk şəhərini tam işğal etdiyi barədə raport verib. O deyib ki, artıq şəhərdə "ayrı-ayrı kiçik, dağınıq düşmən qrupları məhv edilir". General Kuzovlev “qəhrəman ulduzu”nu da məhz Kupyanskın işğalına görə alıb.

Ukrayna tərəfi bu dövr ərzində mütəmadi olaraq, Kupyanskın işğal edilmədiyi barədə məlumatlar yayıb. Rusiya “Z-bloqerləri” də şəhərin tam işğal edilmədiyi və orada rus qoşunlarının vəziyyətinin ağır olduğu barədə məlumatlar yayıblar. Ancaq nə Kuzovlev, nə Gerasimov, nə də Putin bu məlumatlara əhəmiyyət verməyiblər.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenskinin Kupyanska səfəri və oradan bəyanat yayması, eləcə də rus qoşunlarının şəhərdə mühasirəyə alınması Rusiya hərbi-siyasi rəhbərliyini və “Z ictimaiyyəti”ni şoka salıb. İndi “Z” media və bloqerlər günahkarların, yalan raportlar verən saxtakarların cəzalandırılmasını tələb edirlər. Bunlar isə Baş Qərargah rəisi Valeri Gerasimov və Kupyanskın “alınmasına” görə Putindən “Rusiya qəhrəmanı” ulduzu alan general Kuzovlevdir. İndi çoxları gözləyir ki, sözügedən generalın və onun “qəhrəman ulduzu”nun taleyi necə olacaq? 

Qeyd edək ki, Kuzovlev 18 fevral 2021-ci ildə general-polkovnik rütbəsi alıb. Bundan əvvəl bir neçə ay Suriyadakı rus qoşunlarına rəhbərlik edib. 13 dekabr 2022-ci ildən Qərb Hərbi Dairəsinin, 23 yanvar 2023-cü ildən 2024-cü ilin may ayına qədər Cənub Hərbi Dairəsinin, eləcə də Ukraynadakı Rusiya Cənub Qüvvələri Qrupunun, 15 may 2024-cü ildən isə yeni yaradılan Moskva Hərbi Dairəsinin komandanı olub.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri