Putini Hitlerə bənzətdi, 10 il qiyabi iş aldı Moskva estoniyalı muzey direktoruna “cəza kəsib” (VİDEO)
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Estoniyanın Narva şəhərindəki muzeyin direktoru qala divarına “Putin hərbi cinayətkardır” yazılmış plakat asdığına və Rusiya başçısını Hitlerə bənzətdiyinə görə, qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu barədə qərar çıxaran Moskva məhkəməsi muzey direktorunu “feyk” hərbi məlumatlar yaymaqda və “nasizmi reabilitasiya etməkdə” ittiham edib.
Müstəntiqlərin fikrincə, 2023-cü ildən 2025-ci ilə qədər muzey direktoru Mariya Smorjevskix-Smirnova "Narva qalasının divarlarından birində Rusiya Prezidentinin təsviri olan plakatların və onun hərbi cinayətlər törətməsi barədə yalan məlumatların yer aldığı yazıların yerləşdirilməsinə köməklik edib".
Qeyd olunur ki, bu muzey Rusiya-Estoniya sərhədini təşkil edən Narva çayının sahilindəki qəsrdə yerləşir. 2023-cü ildən bəri hər il mayın 9-da orada çayın Rusiya sahilindən görünən formada rus dilində “Putin hərbi cinayətkardır” yazılmış və Putinin Hitlerə bənzədildiyi plakat asılır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















