Icma.az
close
up
RU
Putini Hitlerə bənzətmək qadağan olunub

Putini Hitlerə bənzətmək qadağan olunub

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Rusiyada Vladimir Putinlə Adolf Hitlerin obrazını vahid bir şəkildə fotolarla təqdim etmək və onlar arasında əlaqə yaratmaq qadağan edilib.
Reyting.az
"Verstka" nəşrinə istinadla bildirir ki, Rusiyanın Omsk şəhərinin Kirov Rayon Məhkəməsi bu ölkənin ərazisində Rusiya prezidenti Vladimir Putinin fotoşəkillərini və onun nasist diktatoru Adolf Hitlerin obrazındakı rəsmlərini sosial şəbəkələrdə yayan 12 internet səhifəsinin fəaliyyətinin tamamilə cinayət tərkibli olması barədə qərar çıxarıb.
Kirov rayonunun inzibati prokuroru bununla bağlı iddia qaldırıb. Prokurorun fikrincə, fotolarda nasist simvolları mövcuddur və şəkillərdə qeyd olunan şüarlar məqsədli şəkildə "Rusiya Federasiyasının Prezidentini gözdən salır". Rayon inzibati prokurorluğunun nümayəndəsi şəkillərdə Rusiya prezidentinin şərəf və ləyaqətinin təhqir edildiyini bildirib.
Məhkəmə, xüsusilə, Putinin Hitlerə bənzər obrazda, bığ, saç düzümü verilmiş təhqiredici başqa bir şəklini də qadağan edib. Məhkəmə həmçinin buna bənzəyən digər fotoşopu, "Putler Kaput" başlığı ilə internetdə yerləşdirilən şəkilin yayımını da qadağan edib.
Omsk məhkəməsinin qəraı ilə "Stihi.ru" portalına giriş də qadağan olunub. Buna səbəb portalda yayılmış, Putinin başına tuşlanmış silahın əks olunması və "Rusiyanı biabırçılıqdan necə xilas etmək olar?" materialıdır.
Məhkəmə daha sonra Moskvadakı etiraz aksiyalarından seçilmiş fotoşəkillərin yer aldığı "Fishki.net" portalının səhifəsini də qadağan edib. Məhkəmədə çıxış edən prokurorun iddialarına görə, əlində "Putinin Ukraynaya təcavüzü Rusiyaya və Avropaya qarşı yönəlib",- yazılmış lövhəni tutan bir şəxsin təsvirinin yayımlanması dövlət əleyhinə təbliğatdır.
Omsk prokurorluğu məhkəmə prosesində bəyan edib ki, bu görüntülər "cəmiyyətin və dövlətin maraqlarına tamamilə mənfi təsir göstərir, üstəlik, qeyri-müəyyən sayda insanları terrorçuluq fəaliyyətinə, müxtəlif cinayətlərə sövq edir. Aparılan bu cür təbliğatlar isə Rusiya ərazisində cinayətlərin törədilməsinə töhfə verir ki, bu da, öz növbəsində ölkə vətəndaşının hüquq və azadlıqlarının, habelə yetkinlik yaşına çatmayanların, o cümlədən dövlət təhlükəsizliyinin, sabitliyin pozulmasına gətirib çıxara bilər".

Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 May 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri