Icma.az
close
up
RU
Putini və onun gündəlik hücumlarını dayandırmaq şansı var Zelenski izah etdi

Putini və onun gündəlik hücumlarını dayandırmaq şansı var Zelenski izah etdi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bu gecə Rusiya Ukraynanın enerji və mülki infrastrukturuna 300-dən çox dron və 37 raketlə zərbə endirib. Onun sözlərinə görə, bu raketlərin əhəmiyyətli bir hissəsi ballistik raketlərdir. Hücum Vinitsa, Sumı və Poltava bölgələrinin infrastrukturuna dəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram” kanalında qeyd edib:

"Çerniqov vilayətində Nejində zərbə endirilib — poçt təsərrüfatına ziyan dəyib, bir nəfər yaralanıb”.

Xarkov vilayətində isə ruslar kritik infrastruktur, o cümlədən Ukrayna Fövqəladə Hallar Xidmətinin bəzi obyektlərinə hücum ediblər. "Yaralananlar var. Hazırda bərpa işləri gedir. Xidmətlər çalışır”, —prezident əlavə edib.

O həmçinin bildirib ki, rusların "ikili terror” taktikasından istifadə etməsi təsdiqlənib: 

"Onlar "Şahed” dronları ilə kaset bombaları atır, təkrar hücumlar həyata keçirir ki, yanğınsöndürənləri və enerji işçilərini, zədələnmiş infrastrukturu bərpa edənləri yaralasınlar”.

Zelenski vurğulayıb:

"Bu payız hər gün ruslar Ukraynanın enerji infrastrukturuna hücum edirlər. Putin dünyanın nə dediyini eşitmir, ona görə də yeganə dil — təzyiq dilidir. Təzyiq sanksiyalarla, təzyiq uzun mənzilli silahlarla olmalıdır. Buna güclü qərarlar kömək edə bilər”.

Prezident əlavə edib ki, bu, ABŞ, Avropa və digər bütün tərəfdaşlardan asılıdır: "Onların gücü müharibə başa çatıb-çatmayacağına birbaşa təsir göstərir”.

Zelenski vurğulayıb ki, indiki mərhələdə Yaxın Şərqdə sülh impulsu vacibdir və bu, Avropada da mümkündür: 

"Bu mövzuda mən bu gün və sabah Vaşinqtonda danışacağam”. 


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri