Icma.az
close
up
RU
Zelenski: “Güzəştə getməyəcəyik, Putini dayandırmaq lazımdır”

Zelenski: “Güzəştə getməyəcəyik, Putini dayandırmaq lazımdır”

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, müsahibədə Ukrayna lideri müharibədəki qələbəni necə anladığı, mümkün ərazi güzəştləri və Amerika lideri Donald Trampla münasibətləri barədə danışıb.
Zelenski Ukraynanın müharibəni uduzmadığını və onu qələbə ilə başa vuracağını iddia edib. Rusiya Prezidenti Vladimir Putinin tələblərinin yerinə yetirilməsinə və Ukrayna qoşunlarının Rusiyanın ələ keçirə bilmədiyi əsas ərazilərdən çıxarılmasına qarşı olduğunu bildirib.
“Putin Üçüncü Dünya Müharibəsinə artıq başlayıb. Məsələ ondadır ki, o, nə qədər ərazini ələ keçirə bilər. Sual Putini necə dayandırmaqdadır. Rusiyanın qalib gəlməməsi üçün yox. Sadəcə, Rusiya öz xalqının xoşuna gələn həyatı dəyişmək istəyir”, – Zelenski deyib.
Ukrayna Prezidenti ölkənin 1991-ci il sərhədlərinə qayıtma ehtimalına da münasibət bildirib. O, bunun, şübhəsiz ki, ədalətin qələbəsi olacağını, lakin bunu hazırda hərbi yolla etməyə çalışmağın milyonlarla insanın itkisi demək olduğunu qeyd edib. Zelenski etiraf edib ki, Ukraynanın hələlik bu cür hərəkətlər üçün kifayət qədər silahı yoxdur, insansız torpaq isə heç nədir.
– Bizdə lazımi miqdarda silah yoxdur. Bu, artıq yalnız bizdən deyil, tərəfdaşlarımızdan asılıdır. Bu gün bu yoxdur. Amma 1991-ci ilin ədalətli sərhədlərinə qayıtmaq, şübhəsiz ki, hətta qələbə də deyil. Bu, ədalətin qələbəsidir. Ukraynanın qələbəsidir. Bunu bu gün etmək çox sayda insanın, milyonlarla insanın itirilməsi demək olardı, çünki Rusiya ordusu böyükdür və biz bu cür addımların bahasını başa düşürük”, – Ukrayna lideri vurğulayıb.
Zelenski həmçinin bildirib ki, Ukrayna atəşkəs müqabilində ərazi güzəştlərinə razı olmayacaq, çünki onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin müharibəyə son qoymaq niyyətində deyil.
Jurnalistin ABŞ və Rusiyanın Ukraynaya atəşkəs müqabilində Donetsk vilayətinin ərazisinin qalan 20 faizindən çıxmaq imkanı təklifi barədə sualına cavab olaraq Zelenski belə bir ssenarini qəti şəkildə rədd edib: “Mən bunu sadəcə torpaq və ya başqa bir şey kimi görmürəm. Mən bunu imtina, mövqeyimizin zəifləməsi, orada yaşayan yüz minlərlə insanımızı tərk etmək kimi görürəm. Mən bunu belə görürəm və əminəm ki, bu geri çəkilmə cəmiyyətimizi parçalayacaq”.
ABŞ-nin təhlükəsizlik zəmanətlərinə gəldikdə isə, Zelenski bildirib ki, prezidentlər dəyişdiyindən və müqavilələr onilliklər ərzində qüvvədə qaldığından zəmanətlər Konqresin təsisatlarına və qərarlarına əsaslanmalıdır.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffla danışıqları şərh edən Zelenski diqqətə çatdırıb ki, amerikalılar “rusları razı salmağa çalışmalı yox, onları dayandırmalıdırlar”.
Zelenski Putinin bu müharibəni bitirmək istəmədiyini, lakin “istəməməsi təzyiq altında bitməyəcəyi anlamına gəlmir” ifadəsini bir daha xatırladıb.
– Düşünürəm ki, Putinin də bu fasiləyə ehtiyacı var. Nə deməsindən asılı olmayaraq, bu belədir. Öz gücünü bərpa etmək üçün lazımdır. Avropalı tərəfdaşlarımız deyirlər ki, bu, üç-beş il çəkəcək. Məncə, onun bərpa prosesi bir-iki il olacaq. Bəs bundan sonra o, hara gedəcək? Bilmirik. Amma onun davam edəcəyi faktdır”, – Ukrayna lideri iddia edib.
Volodimir Zelenski seçkilər keçiriləcəyi təqdirdə yenidən namizədliyini irəli sürüb-sürməyəcəyinə hələ qərar vermədiyini söyləyib: “İştirak edə və ya etməyə də bilərəm”.
Onun sözlərinə görə, əgər Ukraynanın qanunlarını müvafiq olaraq dəyişdirmək üçün vaxt varsa, seçkilərin keçirilməsi texniki cəhətdən mümkündür. Lakin əvvəlcə Ukrayna təhlükəsizlik zəmanətləri almalıdır.
Bununla belə, seçkilərin keçirilməsi ilə bağlı bir çox problem var, o cümlədən xaricdə yaşayan milyonlarla ukraynalı və Rusiyanın ölkənin əhəmiyyətli bir hissəsini ələ keçirməsi. Bunun seçki ideyasına qarşı çıxmaq anlamına gəlib-gəlmədiyi soruşulduqda, Ukrayna lideri “Əgər bu, müharibənin bitməsi üçün şərtdirsə, gəlin bunu edək” , cavabını verib.
– Siz həqiqətən də daim seçkilər məsələsini qaldırırsınız, amma qərar verməlisiniz: məndən yaxa qurtarmaq, yoxsa seçkilər keçirmək istəyirsiniz? Əgər seçkilər keçirmək istəyirsinizsə, hərçənd bunu mənə indi də dürüst deməyə hazır deyilsiniz, gəlin onları ədalətli şəkildə keçirək. Gəlin onları ilk növbədə Ukrayna xalqı tərəfindən tanınacaq şəkildə keçirək və siz özünüz də bunların qanuni seçkilər olmasını etiraf etməlisiniz”, – Volodimir Zelenski Kiyevi tərəfdaşlarına belə dediyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri