Icma.az
close
up
RU
Putinin adamı sayılan Tramp vəzifədə qalmaqda davam edərsə, ABŞ ni yox olmaq təhlükəsi gözləyir

Putinin adamı sayılan Tramp vəzifədə qalmaqda davam edərsə, ABŞ ni yox olmaq təhlükəsi gözləyir

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Redaktor.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında müharibə daha da şiddətlənir, İranda yük avtomobillərinin sürücüləri tətil edir. Oonşularımız olan bu iki ölkədə baş verənlərin Azərbaycana təsiri nə ola bilər və mənfi təsirləri minimuma endirmək üçün hansısa işlər görülürmü?

- Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə həm Rusiyanın öz iqtisadiyyatına böyük ziyan vurur, əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də qonşu ölkələr, Rusiyanın iqtisadi sahədə əməkdaşlıq etdiyi dövlətlər bundan əziyyət çəkirlər. Son 10 ildə əmək miqrantları tərəfindən Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi 10 dəfəyə qədər azalıb. Rusiya keçmiş sovet respublikalarından gəlmiş əmək miqrantlarını müharibəyə göndərmək üçün miqrasiya siyasətini sərtləşdirib. Onlardan tələb olunur ki, ya ölkəni tərk et, ya da orduya yazıl və sağ qalsan Rusiya vətəndaşlığı al. Sərhədlərimiz bağlı olduğu üçün vətəndaşlarımızın geri dönməsi çox da asan deyil. İndi gənclərimiz iş üçün Rusiyaya getməkdən çəkinirlər. Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir. Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, Azərbaycanda elə bir nəsil yoxdur ki, onlardan kimsə Rusiyada yaşamasın. Müharibə həm də həmin ailələrə əlavə gərginlik və stress yaşadır. Avropa Ukraynaya az da olsa kömək etdiyindən Putin Trampla birgə Ukraynanı hələlik kapitulyasiyaya məcbur edə bilmir. Ona görə də müharibə hələ bir müddət davam edəcək.

İranla bağlı isə Pezeşkian prezident seçiləndə bəyan etmişdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli və ona ciddi islahatlar həyata keçirmək üçün imkan yaratmalıdır. Bu, bəlkə də İranın dinc inkişafı üçün sonuncu şansdır. Amma biz, seçkilərdən kifayət qədər vaxt keçsə də, islahatlara başlanılmasını müşahidə etmirik. İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir, çünki Çinlə ticarət əsasən İran üzərindən həyat keçirilir. İran müsəlman ölkəsidir, əhalisinin az qala yarısı azərbaycanlılardır. Onların rifahı və təhlükəsizliyi bizi də ciddi narahat edir. İranla geniş iqtisadi əlaqələrimiz var. Azərbaycan dövlətinin banisi Rəsulzadənin dünyaca məşhur bir şüarı var, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”.

İranda insan hüquq və azadlıqlarına hörmət edilməsi, milli hüquqlardan istifadəyə və milli mədəniyyətin inkişafına imkan yaradılması, yerli dövlət hakimiyyət orqanlarına geniş səlahiyyətlərin verilməsi, iqtisadi azadlıqların genişləndirilməsi, rəqabət mühitinin yaradılması, korrupsiya ilə effektli mübarizə, imtiyazlardan imtina vətəndaş qarşıdurmasını önləyə, ölkəni yeni inkişaf mərhələsinə çıxara bilər. İranın daxili zəifliyini görən ABŞ və İsrail də nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması məsələsində daha maksimalist mövqe sərgiləyirlər.

Bizə sabitliyin hökm sürdüyü və inkişaf edən sivil qonşular lazımdır.

Azərbaycan xaricdən mənfi təsirləri azaltmaq üçün enerji istehsalını və satışını artırmağa çalışır. Bunu təqdir etməklə yanaşı, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində atılan addımları yetərli saymıram. İqtisadiyyatımız şaxələndirilməli, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etdirilməli, ciddi iqtisadi islahatlar aparılmalıdır.

- Qüdrət bəy, ABŞ prezidenti Trampla seçkilərdə ona ciddi dəstək vermiş Mask arasında yaranan münaqişəni bəzi ekspertlər razılaşdırılmış tamaşa adlandırırlar. Siz necə düşünürsünüz? ABŞ-ni nə gözləyir?

- Bunu deyənlər ya baş verənləri ciddi izləmir, ya da çox böyük fantaziyaya malikdirlər. Bu ehtimal sıfıra yaxındır. Mask tərəfindən Trampın yetkinlik yaşına çatmayan qızları istismar edən və həbsxanada özünü asan, qızlarla və Epşteynlə birgə videosunun paylaşılması və ona impiçment elan olunmasına çağırış oyun ola bilməz. Belə şeylər bağışlanmır. Mask Prezidentin yanında özünü çox ədəbsiz aparırdı və bu çox davam edə bilməzdi. Onun davranışları həm də narkotik sərxoşluq vəziyyətində olan adam görüntüsü yaradırdı. Ona görə də Tramp özünü ikinci prezident kimi aparan Maskla yollarını ayırdı. Düşünürəm bir azdan Maska hazırda Moskvada olan atası başa salacaq, bəlkə də artıq başa salıb ki, pullarına və xaricdəki dostlarımıza çox güvənmə. O, sakitləşəcək, əks halda məhv ediləcək. Öz xidmətlərini həddindən artıq şişirdən və özünü apara bilməyən yüksək ranqlı vəzifə sahibləri bizdə də olub və var. Ona görə deyirlər ki, şəxsin öz səviyyəsindən yüksək vəzifəyə təyin olunması və pula hərisliyi dövlət və cəmiyyət üçün fəlakətdir. Bizdə Mask kimi prezidentin yanında ədəbsizlik edə bilməsələr də, bəziləri fikirləşir ki, bu qədər yüksək vəzifə səlahiyətlərinə və müəyyən xarici əlaqələrə malikəmsə, qulluq mövqeyimdən sui-istifadə edə, milyonları büdcədən yayındıra, insanları, sahibkarları, kiçik ranqlı məmurları, bir sözlə hər kəsi Maskdan da çox incidə bilərəm. Mask yalnız siyasi məqsədəuyğunluq baxımından insanlara yanaşır və işdən çıxarırdı. İnkişafı əngəlləyən və vətəndaşları dövlətdən, hökumətdən narazı salan belə davranış əksər hallarda yaxşı sonuclanmır.

Tramp avtoritar idarəetməyə üstünlük verir. ABŞ-də isə tam müstəqil olmasa da məhkəmə hakimiyyəti, qismən azad media, xalqın iradəsi ilə formalaşan Konqress, vətəndaş cəmiyyəti institutları, müxalifət var. ABŞ həm də federal dövlətdir, ştatlar-fedrasiyanın subyektləri geniş səlahiyyətlərə malikdir. Ona görə Trampın onları ram etməsi çətin olacaq. İmpulsiv, qanunlara çox da hörmət etməyən və Putinin adamı sayılan Tramp vəzifədə qalmaqda davam edərsə ABŞ-ni yenidən böyük olmaq yox, yox olmaq təhlükəsi gözləyir. ABŞ-nin çöküşündən bütün dünya əziyyət çəkəcək. Xatırlayırsınızsa Tramp atəşkəs elan olunmasa danışıqlardan çıxacağı ilə hədələyirdi. Mən isə deyirdim ki, Putin icazə versə o vasitəçilikdən geri çəkilə bilər. Bu isə indiki halda Rusiyanın maraqlarına cavab vermir. Tramp hal-hazırda vasitəçi kimi Rusiyaya yeni sanksiyaların tətbiqinin qarşısını ala bilir.

Dünya böyük çalxalanma dövrünə qədəm qoyub. Şükür edək ki, İlham Əliyev ölkəni bu təlatümlərdən kənarda saxlamağı bacarır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyun 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see246

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see239

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see237

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see234

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see178

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see156

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri