Icma.az
close
up
RU
Putinin atəşkəs təklifinə SƏRT REAKSİYA: “Bu, absurddur…” KONKRET

Putinin atəşkəs təklifinə SƏRT REAKSİYA: “Bu, absurddur…” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə bağlı verdiyi atəşkəs təklifini “absurd” adlandırıb. O, bu fikrini “Fox News” telekanalına verdiyi müsahibədə səsləndirib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Kelloqun sözlərinə görə, Rusiya tərəfinin üç günlük atəşkəs təşəbbüsü münaqişənin miqyasına və humanitar vəziyyətin ağırlığına uyğun deyil:

“Üç günlük atəşkəs ideyası absurddur. Prezident Donald Trampın mövqeyi budur ki, quruda, havada, dənizdə, eləcə də infrastruktur sahəsində davam edən hücumlar dayandırılmalı və bu, ən azı 30 günlük uzadılma imkanı olan daimi və hərtərəfli atəşkəslə təmin olunmalıdır.”

Kelloq əlavə edib ki, Ukrayna artıq bu cür atəşkəs təklifini dəstəklədiyini açıqlayıb və indi addım atmalı olan tərəf Rusiyadır.

Zelenski: “Mayın 8-nə qədər gözləməyə ehtiyac yoxdur”

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 28-də verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin mayın 8-dən 10-dək atəşi dayandıracağını bildirmişdi. Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu təklifə cavab olaraq, mayın 8-nə qədər gözləməyin mənasız olduğunu və atəşin yalnız bir neçə gün deyil, ən azı 30 gün ərzində dayandırılmasının vacib olduğunu vurğulamışdı.

Zelenski ABŞ-ın təklif etdiyi müddətli və genişmiqyaslı atəşkəsi daha məntiqli və real saydığını bildirib.

Beynəlxalq müşahidəçilər isə qeyd edirlər ki, münaqişənin səngiməsi üçün belə bir atəşkəsin yalnız tərəflər arasında qarşılıqlı etimad və beynəlxalq təminatlarla möhkəmləndirilməsi effektli ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri