Icma.az
close
up
RU
Bu, imperiya təfəkkürüdür Putinin iddialarına sərt reaksiya

Bu, imperiya təfəkkürüdür Putinin iddialarına sərt reaksiya

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gələcəyi ilə bağlı mübahisəli açıqlamalar verərək ölkənin həm qərb, həm də şərq əraziləri ilə bağlı iddialar irəli sürüb. O, qərbi Ukraynadakı bəzi torpaqların gələcəkdə Polşa, Macarıstan və Rumıniyaya keçəcəyini, Donbasın isə Rusiyanın tərkib hissəsi olmalı olduğunu bildirib. Bu bəyanatlar Ukrayna ətrafında geosiyasi müzakirələri yenidən gündəmə gətirib.Putinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi iddialar beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanacaq?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Putinin bu açıqlamaları əslində beş ildən artıqdır davam edən siyasətin və onun Ukrayna ilə bağlı mövqeyinin növbəti dəfə ifadəsidir. Putin və Rusiyadakı imperialist düşüncəni müdafiə edən dairələr Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmirlər. Bu baxımdan səsləndirilən fikirlər əvvəllər də Rusiya rəsmiləri tərəfindən müxtəlif formalarda ifadə olunub.

“Bu yanaşma, ilk növbədə, beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmətsizlikdir. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğal siyasətinə haqq qazandırmaq cəhdidir. Doğrudur, hazırda dünyada qonşu dövlətlər arasında tarixi və sərhəd xarakterli mübahisələr mövcuddur. Lakin İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq sistemin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığıdır. Bu prinsipin pozulması isə qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır və biz bunun nəticələrini Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə açıq şəkildə görürük”-deyə politoloq bildirib.

O vurğulayıb ki, Rusiyanın işğalçı siyasəti beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdıb və dünya nizamına ciddi təhdidlər yaradıb. Buna baxmayaraq, hesab edirəm ki, Putinin səsləndirdiyi iddialar reallığı əks etdirməyəcək. Əksinə, Ukrayna bu müharibədən Putinin gözlədiyi kimi zəifləmiş deyil, daha güclənmiş şəkildə çıxacaq. Artıq son aylarda Ukrayna döyüş meydanında təşəbbüsü əhəmiyyətli dərəcədə ələ alıb, Rusiyanın dərinliklərində yerləşən hərbi hədəflərə zərbələr endirməklə onun imkanlarını məhdudlaşdırmağa nail olur.

“ Ümumilikdə, Putinin bu bəyanatları imperiya təfəkkürünün təzahürüdür. Eyni məntiqlə başqa bir dövlət rəhbəri də iddia edə bilər ki, bugünkü Rusiya ərazisinin əhəmiyyətli hissəsi tarixi Rusiya torpaqları deyil, son bir neçə əsrdə müxtəlif xalqlardan işğal yolu ilə alınmış ərazilərdir. Belə yanaşmalar beynəlxalq münasibətlər sistemində qəbulolunmazdır və təhlükəli presedent yaradır”- o deyib.

O Putinin son açıqlamaları Ukrayna ətrafında yeni və ciddi siyasi müzakirələr yaradacağını hesab etmir.

Çünki Rusiyanın bu müharibəyə münasibəti və məqsədləri əvvəldən məlum idi. Əksinə, son dövrlərdə beynəlxalq ictimaiyyətin Rusiyaya münasibətinin daha da sərtləşdiyi, Ukraynaya siyasi, hərbi və iqtisadi dəstəyin artdığı müşahidə olunur. Buna görə də Putinin bu bəyanatlarını daha çox həm Rusiya daxili auditoriyasına, həm də beynəlxalq ictimai rəyə hesablanmış siyasi və təbliğat xarakterli çıxış kimi qiymətləndirmək olar.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri